hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

İran səfiri: “Qabağa düşüb savaşa başlamayacağıq, amma gözləyək görək...” - MÜSAHİBƏ

İran səfiri: “Qabağa düşüb savaşa başlamayacağıq, amma gözləyək görək...” - MÜSAHİBƏ

İran tarixinin ən çətin dövrlərindən birini yaşayır. Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatına dağıdıcı təsir edib.

Ölkəni bürüyən müharibə təhdidi də artıq real görünür. ABŞ-ın Fars körfəzinə hərbi gəmilər göndərməsi bölgədə siyasi gərginliyi daha da artırıb. Bu azmış kimi, sanki təbiət də İranı imtahana çəkir. Ölkə ərazisində yağıntının normadan artıq düşməsi, sel və daşqınlar xalqın güzaranına zərbə vurub. Beynəlxalq təzyiqlər, iqtisadi böhran ölkə daxilində narazılıqla müşayət olunur. Bura İranda yaşayan milyonlarla Azərbaycan türkünün pozulan hüquqlarının bərpası uğrunda arasıkəsilməz mübarizəsini, digər millətlərin mərkəzi hakimiyyətlə zaman-zaman problemlər yaşamasını da əlavə etsək, vəziyyətin rəsmi Tehran üçün heç də asan olmadığı görünür.

Belə bir zamanda xarici təhdid daxildəki etirazı daha da alovlandıra bilərmiə İran ABŞ-ın təzyiqlərini təkcə bəyanatlarla dəf edəcək, yoxsa ölkənin müharibə təhdidinə qarşı real planı varə Bütün bunlaırn fonunda İranda hakimiyyət dəyişikliyi gözlənilirmiə ABŞ-ın sanksiyaları İran-Azərbaycan müştərək iqtisadi layihələrinə necə təsir edəcəkə

“Cümhuriyət” qəzetinin bu və digər suallarını İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə cavablandırıb. Cebhe.info müsahibəni təqdim edir.

“Dərman və qida sahəsində çətinliyə düşürük”

-Cənab səfir, son vaxtlar ABŞ-nın İrana qarşı iqtisadi sanksiyaları güclənib. İnformasiyalara, sosial şəbəkədə yazılanlara görə, bu sanksiyalar xalqda hakimiyyətə qarşı narazılığı gücləndirir...

-Dərman və qida sahəsində çətinliyə düşürük. Hazırda xərçəng xəstəliyinə düçar olan uşaqlar dərmanlarını çox çətinliklə tapırlar. İnsanlar ölür, analar övladlarını itirir. Bütün bunlar insanları əziyyətə salır. Bilirsiz ki, il ərzində İranın iqtisadi gəlirinin məbləği milyardlarla dollardan artıqdır. Bu xırda mənfəət deyil ki, tez dağılsın. Amma ABŞ-ın İrana iqtisadi sanksiyaları ona gətirib çıxarıb ki, ölkəmizin ixracı idxalı üstələyir. Kimya sahəsindəki ixracımız hazırki neftimiz qədər olur. İranın İraqla ticarət əlaqələrinin həcmi 15 milyard dollar səviyyəsindədir. İran yerli istehsala daha çox üstünlük verməyə başlayıb. ABŞ-ın bizə münasibəti İran cəmiyyətində milli birliyin güclənməsinə səbəb olub. Əslində, məqsədləri İrana təzyiq etmək və İran əhalisini hakimiyyətlə üz-üzə qoymaqdır. Öz siyasi təcrübəmə əsaslanaraq deyirəm ki, xalq hakimiyyətə qarşı çıxmayacaq. Əksinə milli birlik möhkəmlənəcək. Digər məqam isə İran xalqının ABŞ-a qarşı olan münasibətidir. Xalqın bu ölkəyə münasibəti heç vaxt müsbət olmayıb. Tramp İran xalqına terrorçu deyir. Terrorçu onlardır ki, minlərlə kilometr gəlib Əfqanıstanı, İraqı, Liviyanı dağıdırlar. Kimdir terrorçuə Onlardır, yoxsa öz haqqını qoruyan və heç kimlə işi olmayan İranə Səudiyyə Ərəbistanı Yəməndə müharibə aparır, indiyədək 50 min insan orada həlak olub. Bütün bunlar ABŞ-ın əməllərinin nəticəsidir.

“Regionda bizə uzanan barmağı kəsməsək, əl çəkməyəcəyik”

-Bəs, İran dövlətinin sanksiyalara qarşı ehtiyat variantı, “B” planı varmıə

-Əlbəttə var. İran müstəqil dövlətdir və tarixi 10 min ildən yuxarıdır. Amerikanın isə 300 il tarixi var. Dünyada hər bir dövlətin sərhədi var. Millətə gərək ehtiram olunsun. Birinin pulu, digərinin gücü çoxdur. Amerika istəyir hər bir ölkə onun dediyini qəbul eləsin, bu mümkün deyil. Niyə Amerika İrana və yaxud Azərbaycana ikili standartlarla yanaşsınə Bizim İsrail istisna olmaqla çox ölkələrlə münasibət və əməkdaşlığımız var. Zatən İsraili ölkə hesab etmirik. İstənilən halda isə, İran müdaxilə edən ölkə olmayıb. Yeri gəlmişkən, Amerika Talibandan qurtulmaq üçün Əfqanıstana gəldi. Amma bu gün də taliblər Əfqanıstanın müəyyən ərazisinə nəzarət edirlər. Amerikalılar da öz növbəsində Talibanla danışıqlar aparmaq istəyir, amma mümkün olmur, qarşı tərəf qəbul eləmir. Nəticə əldə etməkdənsə, daha da vəziyyəti gərginləşdiriblər. Amerika hər bir ölkəni xarabalığa çevirib. Ümumiyyətlə regionda bizə uzanan barmağı kəsməsək, əl çəkməyəcəyik.

“Qabağa düşüb savaşa başlamayacağıq”

- Fars körfəzində ABŞ gəmiləri yerləşib və müharibə an məsələsidir. ABŞ-ın hərbi əməliyyatlara başlayacağı ehtimalı nə qədərdirə İranı da İraqın taleyi gözləyir, deyəsənə

- Amerika ilə İran arasındakı bu gərginlik dünənin, bu günün işi deyil. Uzun illərdir ki, çəkişmə siyasi müstəvidə davam edir. Amma bugünkü vəziyyət bizi çox nigaran və narahat qoyur desək, yalan olar. Bu gərgin vəziyyətin nəticəsi müharibə deyil. Çünki İranın gücü və qüvvəsi məlumdur. Biz heç bir xarici dövlətlə düşmən münasibətdə olmamışıq və hesab edirəm ki, İrana yaxın da düşə bilməzlər. Heç vaxt bəyan etməmişik ki, döyüşə və ədavətə hazırıq. İran sülhsevər bir dövlətdir, firavanlığı və əməkdaşlığı sevir. Hər zaman öz dövlətimizi mühafizə etmişik və bundan sonra da edəcəyik. Dünyada olan hər bir ölkə və insanlarla hörmət, ehtiramla danışırıq. Eyni zamanda münasibətlərin qarşılıqlı ehtiram üzərində davam etməsini də arzulayırıq. Əlbəttə ki, hazırda Amerikanın daxili siyasi şəraitində də çətinliklər var. Ümumiyyətlə, ABŞ-ın tarixinə nəzər salanda görürük ki, hər zaman bu ölkənin daxili siyasəti gərginliklərlə yadda qalıb. Daxildəki gərginliyi ört-basdır etmək üçün isə diqqəti xaricə yönəltməyə çalışıblar. Biz bunu anlayırıq. Bu günlərdə Tramp çıxışında deyib ki, onların hərbi mənada Yaxın Şərqdə olması böyük bir səhv olub. Bu məsələdə çox böyük miqdarda vəsait xərclənib və ortada insanlar qurban gedib. Ona görə də inanmıram ki, prezident belə bir hadisəni yenidən təkrarlasın. Əslində, bu kimi addımlar Amerikanın öz vəziyyətini çətinləşdirir. Qarşı tərəfin bizə qarşı bütün addımlarını görürük. Amma heç vaxt ilk olaraq qabağa düşüb savaşa başlamayacağıq. Hər halda gözləyək görək nə olacaq.

“ATƏT-in Minsk Qrupu vəzifəsini düzgün yerinə yetirmir”

-Cənab səfir, Azərbaycan işğaldan əziyyət çəkir. 30 ilə yaxındır ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu necə görürsünüzə

-İranın Azərbaycanla bağlı rəsmi mövqeyi bəllidir. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində bir qədər də digər güc dövlətlərinin payı var. Azərbaycanın bu məsələdə mövqeyi o olub ki, məsələ siyasi yolla həllini tapsın. Əslində, ən düzgün və seçim üstünlüyü olan bu yoldur. Yaxşı olar ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunsun və insanlar qurban getməsin. Məsələn, bu məsələyə müdaxilə edən ATƏT-in Minsk Qrupu vəzifəsini düzgün yerinə yetirmir. Avropa gərək öz vədinə əməl etsin. Qonşu və müsəlman ölkə olaraq İran da hər zaman bu siyasəti dəstəkləyib. Bu problemin həll olunmasında əlimizdən gələnləri etməyə hazırıq.

-Bir sıra müsəlman dövlətləri Azərbaycan torpaqlarını işğal edən Ermənistanla siyasi, iqtisadi əlaqələr yaratmır, işğalçı dövlətə embarqo tətbiq edir. Məsələn, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Özbəkistan Ermənistanla diplomatik əlaqələrə malik deyil. Amma İranın Ermənistanla siyasi-iqtisadi əlaqələri çox güclüdür. Hətta mətbuatda İranı Ermənistana "nəfəs verən" ölkə hesab edirlər...

-İranın Azərbaycanla sərhədi var. Qonşu ölkəyik. Biz Azərbaycanı özümüzə dost, qardaş və qohum bilirik. İranın Azərbaycanla və Ermənistanla iqtisadi, eləcə də siyasi əlaqələrini müqayisə edin. Heç birinin o biri ilə uyğunluğu yoxdur. Müştərək müqavilələrimizə baxın. İranın Ermənistanla viza rejimi var, Azərbaycanla isə yoxdur. Baxın, Ermənistan bazarında hansı ölkələrin məhsulları varə İranın, yoxsa iqtisadi, siyasi və diplomatik əlaqələri Ermənistanla pozan ölkələrinə Bu arada İran Azərbaycanın dərdinə yanır. Azərbaycanla əbədi qonşuyuq. Əlbəttə ki, çox istərdik ki, Azərbaycan kimi ölkə ilə qardaş və can-ciyər olaq. Bizim sərhəd və insani problemlərimiz ola bilər. İranla Azərbaycanın yaxın olmasını istəməyən qüvvələr də var. Həm Azərbaycan, həm də İran müstəqil dövlətdir. Amma biz getdikcə bir-birimizə yaxınlaşırıq. 2016-cı ildə Azərbaycanla İran arasındakı müştərək iqtisadi əlaqələrimiz 220 milyon dollar idi. Bu ilin yanvarından mart ayına qədər isə 200 milyon dollar olub. Təbii ki, bundan da artıq olmasını istəyirik. İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəndə mütləq gecəni qalır. Bu özü çox böyük bir mesajdır. Çünki bu dövləti və xalqı öz eli kimi bilir.

“Sanksiyalar müştərək layihələrə təsir etməyəcək”

- İrana qarşı sanksiyalar daha da sərtləşdirilib və hətta ölkənizlə əlaqə saxlayan xarici dövlət və şirkətlər də cəzalandırılır. Bütün bu amillər İran-Azərbaycan iqtisadi-ticari əlaqələrinə mənfi təsir edirmiə

-Düşünmürəm təsiri olsun. Ölkələrimizin arasındakı əlaqələr tam izaholunmuş və şəffafdır. Hökumətlər arasında sıx tarixi dostluq münasibətləri var. Azərbaycan dövləti hər zaman rəsmən bəyan edib ki, heç vaxt İrana qarşı Azərbaycandan ziyan gəlməz və torpaqlarından istifadə edilə bilməz. İran hökuməti bu mövqeyi təqdir edir və dövlətimiz, xalqımız adına minnətdarıq.

“İranda Azərbaycan dilində danışılır”

-İrandakı rəsmi rəqəmlərə görə, 20, qeyri-rəsmi rəqəmlərə görə, 35 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlıların ana dilində təhsil almaq, qəzet, jurnal nəşr etmək, televiziya, radio verilişləri yayınlamaq hüququ isə təmin olunmur...

-İranda Azərbaycan dilində danışılır. Orada yaşayan azərbaycanlılardan din soruşulur, amma dil və məzhəb soruşulmur. Qanuni və hüquqi cəhətdən İranda Azərbaycan dilində qəzet və jurnalların dərc edilməsinə məhdudiyyət yoxdur. Təbii ki, orada kiril əlifbasından istifadə olunmur. İdarə və şirkətlərdə, məktəblərdə, universitetlərdə bəziləri farsca, bəziləri isə Azərbaycan dilində danışır. Təbriz və Urmiyada Azərbaycan dili və ədəbiyyatı kursları fəaliyyət göstərir. Konstitusiyaya görə, bütün ölkələrin özünün rəsmi dili var. İranın da rəsmi dili fars dilidir. Məsələn, Azərbaycanda ləzgilər, talışlar və tatlar var. Onların da öz dilləri var. Heç olmasa, evdə belə olsa, öz dillərində danışırlar. Amma rəsmi dil Azərbaycan dilidir. Bəzi ölkələrdə iki rəsmi dil var.

“İrana Azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssilər dəvət oluna bilər”

-Verilən məlumata görə, Tehran universitetində türk dili bölümü yaradılıb. Türk dilini tədris etmək üçün kadr bazası varmıə Azərbaycandan İrana Türk dili və ədəbiyyatı üzrə mütəxəssislər dəvət edilə bilərmiə

-Əlbəttə dəvət edilə bilər. İranda da mütəxəssislər çoxdur. Onu da bilin ki, azərbaycanlı mütəxəssislər də gedib gəlir.

-Azərbaycan dilində olmasa da, bəzi məlumatlara görə, İranda yaşayan ermənilərin öz ana dilində məktəbləri, kütləvi informasiya vasitələri var. Bu haqq Azərbaycan türklərinə niyə verilmirə

-Yox, İranda erməni məktəbləri deyil, xristian məktəbləri fəaliyyət göstərir. Orada ingilislər, fransızlar, farslar, yəhudilər təhsil alır.

-Azərbaycanda İranla müştərək maşınqayırma, dərman zavodları tikilir və ya artıq istifadəyə verilib. Amerikanın sanksiyaları həmin müəssisələrin tikinti prosesini axsatmayıb kiə

- Xeyr. Müəssisələrin tikinti prosesi davam edir və inşəallah nəzərdə tutulduğu vaxtda istifadəyə veriləcək. Regionda İran-Azərbaycan əlaqələri qədər möhkəm münasibətlərə malik başqa dövlətlər yoxdur. Ölkələrimiz, xalqlarımız müştərək tarixə, mədəniyyətə, adət-ənənəyə sahibdir.Bunlar yaranıb ki, bir-birləri ilə qoşa getsinlər, işləsinlər və inkişaf etsinlər. İran prezidenti deyir ki, Azərbaycanın inkişafı, firavanlığı İranın inkişafı, firavanlığıdır. Hansı ölkənin prezidenti başqa dövlət üçün bu sözləri deyərə İran prezidenti Azərbaycanın dövlət başçısına hər dəfə müraciətində “əziz qardaşım” deyir. Bütün bunlar dövlətlərimiz və xalqlarımız arasında tarixən mövcud olmuş səmimi qardaşlıq münasibətinin göstəricisidir. Təbii ki, hər ölkənin özünəməxsus fikri var. Hətta bir evdə belə, iki qardaşın fikri fərqli olur. Amma bizim bir-birimizin yanında olması mənfəətlərimizi qoruyacaq.

“Yağıntının artması Urmu gölünün qurumasının qarşısını alır”

-Urmu gölünün quruması bölgədə ekoloji fəlakət yarada bilər. Urmu gölünün qurumasının qarşısını almaq üçün hökumət niyə konkret proqram təsdiqləmirə

-Sərhəddə bəzi çayların və axar suların Urmu gölünə yolu açılıb. Kənd təsərrüfatı sahələri əsasən, yağış suları və arxlar vasitəsilə suvarılırdı. İndi əkin sahələrinin həcmi 150 min hektardan 430 min hektara qədər artıb. Əvvəllər həmin ərazilərdə buğda, arpa, üzüm əkilirdi. Bu da çox suvarma tələb etmirdi. Son 30-40 ildə alma, armud, şaftalı əkinlərinin sayı artıb. Həmin sahələr də il ərzində 15-16 dəfə suvarma tələb edir. Urmu gölünə axan sular indi insanların şəxsi təsərrüfat və məişət ehtiyaclarının ödənilməsinə yönləndirilir. Bu gölün açıq dənizə çıxışı yoxdur. Yaşayış və əkin sahələri isə çoxalıb. Allaha çox şükür ki, son vaxtlar kənd təsərrüfatı sahələri yeni texnologiyalarla suvarılır. Yağıntıların da həcminin artması bu problemin həllinə kömək edir.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 10088