hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Konqoda böyük miqdarda neft ehtiyatları tapılıb

Konqoda böyük miqdarda neft ehtiyatları tapılıb

Konqoda yeni neft ehtiyatları tapılıb.

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, bu barədə Afrika Neft Araşdırma və Paylaşım Şirkətinin (SARPD-OİL) İdarə heyətinin sədri Kloud Vilfrid Etoka belə deyib.

Onun sözlərinə görə, paytaxt Brazzavildən 415 kilometr məsafədə yerləşən Mikounqa bölgəsində tapılan neft ehtiyatları gündəlik 900 barel istehsal həcminə malikdir.

Şirkətin geoloqu Giles Tondo bildirib ki, neft ehtiyatları 9 min 392 kvadrat kilometrlik bataqlıq bölgəsində 3 min 400 metr dərinlikdə tapılıb.

2020-ci ilin əvvəlində istehsalına başlanacağı və kəşfin ölkənin şimal bölgələrinin enerji təminatını ödəyəcəyi bildirilir.

Adıçəkilən şirkət isə Koqoda 50 faiz paya malikdir. Şirkətin maliyyə məsələləri üzrə sözcüsü Məhəmməd Cavad Rəhmani hər il Konqodan gələn gəlirin təxminən 10,5 milyard dollara çatacağını bildirib.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1442