hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Kremli qorxuya salan inqilab küləyi: Planda hansı ölkələr var?

Kremli qorxuya salan inqilab küləyi: Planda hansı ölkələr var?

Rusiya NATO-nu Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) ölkələrində rəngli inqilablar hazırlamaqda ittiham edib.

Belə bir ittihamla isə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Rəşid Nurqəliyev çıxış edib. Onun sözlərinə görə, NATO-nun bu planı Rusiyaya məlumdur:

"Bizim üçün sirr deyil ki, NATO-çular Qərbin nəzarətində olan rejimlərin hakimiyyətə gətirilməsinə hazırlaşır".

TŞ rəsmisinin sözlərinə görə, bu zaman qüvvədə olan planlardan biri də rəngli inqilablardır. Xatırladaq ki, 1992-ci ildə imzalanan Kollektiv Təhlükəsizlik Müqaviləsini Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Belarus və Özbəkistan imzalayıb.

Maraqlıdır ki, zaman-zaman Rusiya rəsmiləri rəngli inqilablarla bağlı narahatlıqlarını ifadə edirlər. Hazırda Gürcüstanda, Qırğızıstanda, Qazaxıstanda başlayan etiraz aksiyaları fonunda Rusiyanın belə bir iddia ilə çıxış etməsi maraqlı məqamların olduğuna işarədir.

Maraqlıdır, Rəşid Nurqəliyevin NATO-nu “rəngli inqilab” hazırlamaqda ittiham etməsi nə ilə bağlıdırə Rusiya öz təhlükəsizliyindən, yoxsa KTMT üzvü olan ölkələrin taleyindən narahatdırə Ümumiyyətlə NATO “rəngli inqilab” hazırlaya bilərmiə

“Xalqlar azadlıq istəyir, bunun Rusiyaya nə dəxli varə”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə şərhində Rusiyanın mövqeyini əsassız iddia adlandırıb. S.Cəlaloğlu hesab edir ki, xalqların azadlıq istəyinin NATO-ya heç bir aidiyyatı yoxdur:

“Məhəmməd Əmin Rəsulzadə deyirdi: “Ruslar bizi ona görə, turanizmdə (pantürkizmdə) ittiham edirlər ki, özləri panslavyanizm yaratsınlar. İndi də Rusiya özü adı çəkilən ölkələrdə daxili işlərə qarışmaq üçün bəhanə uydururlar. NATO ümumiyyətlə, siyasi deyil, hərbi təşkilatdır. Avropa Birliyinin sanksiyası olmadan heç bir prosesdə iştirak etmir. Ona görə də NATO-nun guya hansısa rəngli inqilablar hazırlamasını demək gülüncdür. Bu, Rusiyanın sərsəmləməsindən başqa bir şey deyil. Xalqlar azadlıq istəyir, bunun Rusiyaya nə dəxli varə Demokratiya mübarizədir, xalqlar azad olmaq, normal cəmiyyətdə yaşamaq istəyir. Deməli, kimsə mübarizə aparıb, azadlıq istəyəcəksə, bunu hansısa xarici dövlətin adı ilə bağlamaq lazımdırə Rusiya bunu ona görə deyir ki, adını çəkdiyi bütün ölkələrdə diktatura rejiminin birbaşa yaradıcısı və müdafiəçisidir. Ona görə də öz rejiminin dağılmasından, hakimiyyətdən getməsindən narahat olur. Ona görə də bu cür əsassız ittihamlar irəli sürür. Adıçəkilən ölkələr müstəqil dövlətlərdir, BMT-nin üzvləridir. Onların hansı prosesə getməsinin Rusiyaya nə aidiyyatı varə”

“Bu, Rusiyanın təhlükəsizliyinə ziyandır”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə deyib ki, Rusiya rəngli inqilabların baş verməsindən öz təhlükəsizliyi baxımından narahatlıq keçirir. İ.İsmayılın sözlərinə görə, “rəngli inqilab” baş verən ölkələrdə Rusiyanın mövqeyi zəifləyir:

“Rəngli inqilab”larla bağlı Rusiyanın dedikləri yenilik deyil. Rusiyanın ən çox qorxduğu, çəkindiyi də məhz elə rəngli inqilablardır. “Rəngli inqilab” Gürcüstanda və Ukraynada baş verib. Faktiki olaraq başqa post-sovet ölkəsində belə rəngli inqilab olmayıb. Hətta bu gün müəyyən dərəcədə demokratik olan Moldovada da rəngli inqilab baş verməyib. “Məxməri inqilab” da rəngli inqilab kimi qələmə verilmir.

Yəni bu yalnız Gürcüstan və Ukraynaya aid olan məsələdir. Rusiya həmin yerlərdə öz təsirinin azaldığını görüb və ona görə də rəngli inqilablardan qorxur. Rusiya bütün zamanlarda istər rəsmi çıxışlarında, istərsə də digər platformalarda maksimum çalışırlar ki, rəngli inqilablara qarşı çıxsınlar. Bu, artıq həmin ölkələrin daxilindəki təhlükəsizlik məsələsi deyil. Bu, elə Rusiyanın təhlükəsizlik məsələsidir. Fərz edək ki, sabah Qazaxıstanda rəngli inqilab oldu. Rəngli inqilabın mahiyyəti demokratiyanın gəlişi, Rusiyanın təsirindən çıxmaq, hansısa rejimi, diktruranı ləğv etmək deməkdir. Nurqəliyev də, Patruşev də, Putinin özü də tez-tez rəngli inqilablardan danışır və bunu özləri üçün təhlükə hesab edirlər. Əslində, bu, Rusiyanın təhlükəsizliyinə ziyandır”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 5930