hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Lüğətdən çıxarılacaq 1000 söz - “Onlar onsuz da işlənmir ki...” - Möhsün Nağısoy

Lüğətdən çıxarılacaq 1000 söz - “Onlar onsuz da işlənmir ki...” - Möhsün Nağısoy

2019-cu ildə nəşr olunacaq Azərbaycan dilinin orfoqrafiya lüğətindən 1000-ə qədər söz çıxarılacaq.

Bu barədə Cebhe.info-ya xəbər verən AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun direktoru, professor Möhsün Nağısoylu bildirib ki, çıxarılacaq 1000-ə yaxın sözlərin bəziləri qondarma, bəziləri isə eyni sözün təkrarıdır:

“Məsələn: ləmpə-lampa, nəqqaş- naqqaş və s. Bunların ikisindən biri çıxarılacaq. Dildə işlənməyən qondarma sözlər və süni formada yaradılan mürəkkəb sözlər çıxarılacaq". Əməkhaqqı, zəhmət haqqı, gediş haqqı və s. kimi ziddiyyət təşkil edən sözlərə də aydınlıq gətirən professor bildirib ki, köhnə lüğətlərdə “əməkhaqqı” bitişik söz kimi yazılıb: “Bizə təklif gəlib ki, gediş haqqı, təhsil haqqı kimi sözlər necə olacaqə Çox güman ki, bu sözlər orfoqrafiya lüğətindən çıxarılıb söz birləşmələrinin tərkibinə əlavə ediləcək. Çünki ikinci növ təyini söz birləşməsi formasına salındıqdan sonra onlar orfoqrafiya lüğətində qala bilməz. Bunların sadəcə yeri dəyişməlidir”.

Lüğətdən çıxarılacaq sözlərin dildə müxtəlif problemlər yaradıb-yaratmayacağı barədə sualımızı cavablandıran professor M.Nağısoylu bildirib ki, həmin sözlər onsuz da dilimizdə işlənmirdi: “Bunların bir qrupu süni şəkildə yaradılmış mürəkkəb sözlər idi, bir qrupu isə dildə işlənməyən (qondarma) sözlər idi. İşlənməyən qondarma sözlər də lüğətdən çıxardılacaq. Çünki bunlar süni şəkildə yaradılmış mürəkkəb sözlərdir”.

Qeyd edək ki, yeni orfoqrafiya lüğətindən 1000-ə qədər söz çıxarılsa da, lüğətə 4000-ə qədər yeni söz daxil ediləcək.

Əli Bədirli
Cebhe.info


Oxunma sayı: 1530