hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

“26 ildir müxalifətdə cəsarətli lider yoxdur” - Politoloq

“26 ildir müxalifətdə cəsarətli lider yoxdur” - Politoloq

“Müxalifət fərqlidir, illər keçdikcə tam fərqli oldu. 2013-cü ildə prezident seçkiləri ərəfəsi Milli Şura adlı bir qurum yarandı. Müxalifətin əksər aspekti bu qurumda birləşdi, amma nəticədə yenə qazana bilmədi. Müxalifət istər birgə, istərsə də ayrılıqda niyə nəticə qazana bilmədi, bu artıq başqa bir məsələdir”.

Bunu Cebhe.info-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Müxalifətin niyə nəticə əldə etməməsinin səbəblərinə gəlincə Ə.Məmmədli bildirib ki, son nöqtəni qoya biləcək, cəsarətli liderin olmadığı üçün müxalifət bu iqtidara qalib gələ bilmir:

“Nəticə eynidirsə, müxalifət birləşdi nə fərqi, birləşmədi nə fərqi. Güya Saakaşvili və ya Paşinyan inqlabın başında duranda gürcü və erməni müxalifəti bir idilərə Təbii ki, bir deyildilər, sadəcə hər ikisinin cəsarəti son nöqtəni qoya biləcək liderləri var idi.

Azərbaycanda isə müxalifətin 26 ildi qalib gələ bilməməsinin yeganə səbəbi cəsarətli liderin olmamasıdır. Yuxarıda qeyd etdiyim kimi, artıq müxalifət də dəyişir, yenilənir. Bu yeni müxalifətin içində cəsarətli, son nöqtəni qoya biləcək liderlərin olması gələcəyə ümidlə baxmağa inam yaradır”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1860