hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

“Ərdoğan özünə güvənən siyasətçidir” - ŞƏRH

“Ərdoğan özünə güvənən siyasətçidir” - ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə Ankaradakı görüşündə deyib ki, Türkiyə Krımın ilhaqını qəbul etmir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Ərdoğan bu fikri dəfələrlə səsləndirib.

Cebhe.info xəbər verir ki, politoloq Elxan Şahinoğlu deyib ki, Ərdoğan özünə və siyasətinə güvənən siyasətçidir.

Politoloq qeyd edib ki, Ərdoğan dostu Putin istəyir deyə “Krımın ilhaqını qəbul etmirik” fikrini səsləndirməkdən imtina etməz:

“Bizdə yanlış təsəvvür formalaşır ki, əgər hər hansı ölkənin Rusiya ilə yaxşı münasibətləri varsa, həmin ölkənin rəsmisi və ya mediası Krımdan danışmamalıdır, Kreml "qızmasın" deyə Krım mövzusu üzərindən sükutla keçilməlidir. Başıma çox gəlib, ona görə bunu yazıram. “Rusiya Krımı ilhaq edib” fikrini senzura edənlər anlamalıdırlar ki, bununla Dağlıq Qarabağ məsələsində haqlı mövqeyimizi zəiflədirlər”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 2762