hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

“Moskva və Paris bu qərarı dəstəkləyir” – ŞƏRH

“Moskva və Paris bu qərarı dəstəkləyir” – ŞƏRH

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə son səfəri demək olar ki, danışıqlara zərbə vurdu. Bu səfər danışıqlarda Paşinyanın təklif etdiyi erməni separatçılarının tərəf kimi qatılmasının zəruriliyini qəbul etdirmək idi”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, artıq rəsmi İrəvan Qarabağdakı separatçıların danışıqlarda tərəf olmasını açıq qabardır və bunsuz problemin həlli olmadığını qeyd edir:

“Minsk qrupunun həmsədrləri də Paşinyanın bu təklifi ilə razılaşıb. Əsasən Moskva və Paris bu qərarı dəstəkləyir. Göründüyü kimi, Paşinyan bu planla danışıqları manipulyasiya edir və yaxşı bilir ki, Azərbaycan buna getməyəcək. Qeyd edim ki, separatçıların danışıqlarda iştirakı mümkün deyil. Danışıqları Paşinyan iqtidarı sabotaj edir. Moskava da proseslərdə Ermənistanın yanındadır. Məhz separatçıların danışıqlarda tərəf olması Lavrovun planıdır. Moskva çalışır ki, Azərbaycana bu yolla təzyiq etsin. Buna baxmayaraq rəsmi Bakı Qərblə xüsusilə, Vaşinqtonla intensiv danışıqlar aparmalıdır”.

Politoloq vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında davam edən “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təliminin keçirilməsi, bundan əlavə mütəmadi hərbi təlimlər münaqişə ətrafında müəyyən dəyişikliyə xidmət etməlidir:

“Danışıqlarda hərbi ritorika üstünülük təşkil etməlidir. Qeyd edim ki, maraqlı tərəf olaraq Qarabağda yeni formalaşan erməni icması ilə Azərbaycan icması arasında dialoq baş tuta bilər. Hazırki məqamda isə Xankəndində Köçəryan və Sarkisyana bağlı terrorçu qrupların icma kimi fəaliyyəti qanunsuzdur. Paşinyan çalışır ki, gələn il qondarma seçkilərdə öz adamını icma başçısı seçdirsin və onun buyruqları burada keçərli olsun. Ermənistana güzəşt limiti bitir və biz getdikcə aprel uğurunu diplomatiyada təsirini azalda bilərik. Ona görə də biz müdafiə deyil, hücum taktikası ilə irəliləməliyik”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1519