hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

“Nazarbayev Almazbek Atambayevin səhvini təkrarlamadı” – RƏY

“Nazarbayev Almazbek Atambayevin səhvini təkrarlamadı” – RƏY

Dünən Qazaxıstanda keçirilən prezident seçkilərində hakim “Nur Otan” Partiyasının namizədi, hazırda prezident səlahiyyətlərini icra edən Qasım-Comərd Tokayev qalib gəlib.

Cebhe.info xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyevin sözlərinə görə, Tokayevin qalib gəlməsi gözlənilirdi:

“İlkin məlumatlara görə, keçmiş prezindent, Təhlükəsizlik Şurasının rəhbəri, eləcə də iqtidardakı “Nur Otan” Partiyasının lideri olan Nursultan Nazarbayev tərəfindən dəstəklənən Tokayev 70%-dən çox səs toplayıb. İkinci yerə isə 15% səslə müxalif jurnalist Amirzhan Kosanov tutub:

“Seçki ilə bağlı etirazlar var. Dünən ölkənin aparıcı şəhərlərində müxalifətin keçirdiyi etiraz aksiyalarında 100-dən çox iştirakçı saxlanılıb. Onlar seçkilərin demokratik keçmədiyini, hökumət tərəfindən insanlara iqtidarın namizədinə səs verməsi üçün təzyiq göstərildiyini bəyan ediblər. Əslində hökumət tərəfindən hansısa təzyiqin olub-olmamasından asılı olmayaraq Tokayevin qalibiyyəti şübhəsiz idi. Yəni seçki nə qədər demokratik keçsə belə, Nazarbayevin namizədi qalib gələcəkdi. Çünki illərdi Qazaxıstanda inzibati resuslardan istifadə edilməklə müxalifətin proseslərə təsir imkanı minumuma endirilib. Ola bilsin ki, əsas hədəf Tokayevin gərəkən səsi almasını təmin etmək olub ki, bu da yerinə yetirildi. 70% onun üçün uğurlu göstəricidir. Müxalifətin bu qədər narahatlıq keçirməsini anlamaq olar.

Onların post-Nazarbayev dövrünə ümidləri çox böyük idi. Hətta parlamentin səlahiyyətlərinin artırılması ilə bağlı konstitusiyaya dəyişiklik olanda belə bir ümid yaranmışdı ki, ölkədə müxalifətin güclənməsi üçün maksimum şərait yaradılacaq. Ancaq sonradan göründü ki, bu sadəcə Nursultan Nazarbayevin hakimiyyəti öz varisinə ötürməsi üçün lazımdır. Əsas məsələ seçki deyil, əsas olan odur ki, Nazarbayev Tokayevi "taxtda otdurub, adına xütbə oxutdurub" dövləti onun adından idarə edəcək. Dövlət rəhbərinin dəyişdirilməsi sadəcə Nazarbayevin səhhətinin pozulması halında baş verəcək çevrilişin qarşısını almaq üçün planlaşdırılıb”. 

Politoloq vurğulayıb ki, ölkədə sadəcə prezidentin adı dəyişdirilib, başqa dəyişən heç nə yoxdur:

“Bütün qərarlar Təhlükəsizlik Şurasının iclasında qəbul ediləcək, hazır şəkildə imzalanması üçün prezidentə təqdim olunacaq. Onun Qırğızıstandakı kimi sələfinə qarşı çıxmaq imkanı isə minumumdur. Çünki Nursultan Nazarbayev Almazbek Atambayevin səhvini təkrarlamadı. Sələfinə sadəcə vəzifəni verdi, bütün inzibati resusları, hətta partiya hakimiyyətini belə öz əlində cəmlədi. İqtisadi və sosial məsələlərlə baş nazir məşğul olacaq, baş nazir vəzifəsində isə Nazarbayevin istədiyi şəxs oturacaq, çünki iqtidar partiyasının rəhbəri kimi bu onun konstitusion haqqıdır. Güc strukturları, xarici işlərə isə Təhlükəsizlik Şurasının rəhbəri kimi o nəzarət edəcək, hətta konstitusiyada bununla bağlı xüsusi maddə də var.

Qanunverici hakimiyyətin, parlamentin rəhbəri də Nazarbayevin qızıdır. Yəni fövqəladə bir halda Nazarbayev Tokayevi vəzifədən göndərəcək olsa, Konstitusiyaya görə onun yerinə keçəcək şəxs öz doğma övladı Dariqa Nazarbayeva olacaq. Ehtimal ki, “Nur Otan” Partiyasının növbəti qurultayında partiya sədrliyinə atasının yerinə Dariqa xanım seçiləcək. Bu eks-prezidentə ailəsinin təhlükəsizliyini təmin üçün vacibdir. Tokayev bürokratiya adamıdır, diplomat olub, iddialı bir fiqur deyil. Güman ki, bundan artığına da iddia etməyəcək. Heç edə də bilməz. 

Onsuz sələfindən nə qədər cavan olsa da, heç onun da yaşı az deyil. Qazaxıstanın siyasi taleyi ilə bağlı qeyri-müəyyənlik Nursultan Nazarbayev vəfat etdiyi gün meydana çıxacaq. O zaman hakim ailə və iqtidar partiyasının funksionerləri post-Nazarbayev dövrü üçün öz qərarlarını verəcəklər - bioloji varisləmi, yoxsa siyasi varisləmi yola davam olacaq. Ancaq növbəti prezident seçkilərinə qədər Qazaxıstanda hər hansısa siyasi gərginlik gözləməyə dəyməz. Çünki Nazarbayev sonrası əsl siyasi həyat o vəfat etdikdən sonra baş tutacaq növbəti seçkilərdə məlum olacaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1112