hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

“Neft Daşları”nda neftçilərin həyatı təhlükədədir

“Neft Daşları”nda neftçilərin həyatı təhlükədədir

Uzun müddətdir ki, “Neft Daşları”na gəmi ilə növbə dəyişməyə gedən işçilər əziyyət çəkirlər.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, işçilərin “Neft Daşları”na getdiyi “General Əsədov” gəmisi köhnədir, onunla küləkli havada dənizə çıxmaq risklidir: “Hər növbə dəyişiləndə limanda 740-800 nəfər işçi olur. Gəminin sərnişin tutumu isə 577 nəfərdir. Gəmiyə minik başlayanda çox ağır vəziyyət yaranır. Gəmiyə minmə şansını əldə etmək üçün sabah işə gedəcək işçilər bu gecə saat 1-də limana gedib, talon götürməlidirlər.

Talon çatmayan işçilərin gəmi ilə təmin olunması sual altına düşür. İşçilər əvvəlcədən gəminin yola düşəcəyi haqda xəbərdar edilmir. 800-dək işçi gəmi limanına gəlir, uzun müddət gözlədikdən sonra geri qaytarılır. Onların içərisində rayondan gələnlər də olur. Böyük vəsaitə malik olan SOCAR niyə öz işçilərini işə aparıb-gətirmək üçün daha keyfiyyətli gəmi kirayə etmir”.

Təşkilat rəhbəri qeyd edir ki, rütbəli şəxslər və onların qohumları “Neft Daşları”na helikopterlə gedib-gəlirlər.

Xatirə
Cebhe.info


Oxunma sayı: 3246