hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

“Pensiyaçıların 2020-ci ilə olan ümidləri xəyal oldu” - RƏY

“Pensiyaçıların 2020-ci ilə olan ümidləri xəyal oldu” - RƏY

“Əmək pensiyalarının 15% artacağı ilə bağlı ümidlər doğrulmadı”.

Cebhe.info-nun xəbərinə görə, bunu iqtisadçı Rəşad Həsənov bildirib:

“Ötən gün əmək pensiyaları haqqında qanuna dəyişiklik edildi. Dəyişikliyə əsasən növbəti ildən etibarən əmək pensiyaları orta aylıq əməkhaqqının artım faizinə uyğun deyil, inflyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək. Məntiqi baxımında atılan addım doğrudur. Çünki pensiyaçıların gəlirlərinin artımı ilə istehlak qiymətləri indeksi arasında korrelyasiyanın olması bu qrupa daxil olan insanların gəlirlərinin dəyərsizləşməsinin qarşısını alır.

Xatıladaq ki, 2 il əvvəl qanuna edilən dəyişiklərlə indeksləşdirmə orta aylıq əməkhaqqının artım faizinə uyğunlaşdırılmışdı. Qanuna dəyişikliyin edilməsi böyük ehtimalla növbəti ildə DSMF-nin büdcəsində yarana biləcək xərc yükünün qarşısının alınmasına hədəflənib. Çünki bir neçə sosial paketin təsdiqlənməsi 2019-cu ildə orta aylıq əməkhaqqının ciddi səviyyədə (təxminən 10-15% arası) artacağını proqnozlaşdırmaq imkanı yaradırdı. Görünür bu hal hökumətin maraqlarına uyğun deyil”.

İqtisadçı bildirir ki, dəyişikliyin müsbət tərəflərinin olması ilə yanaşı neqativ tərəfləri də vardır:

“1. Əmək pensiyaları haqqında qanuna tez-tez dəyişikliyin edilməsi pensiya sisteminin güvəncliyini zəiflədir və sonucda insanların uzunmüddətli dövr üçün planlaşdırma tələb edən pensiya təminatı haqqında ümidlərini zəiflədir. Aşağıdan yuxarıya, yəni işçidən işəgötürənə əməyin qanuniləşməsi tələbi zəifləyir, yığım üçün (məcburi sosial sığorta ödənişi) maraq azalır, illeqal əmək bazarı təşviq olunur.

2. Pensiyaçıların 2020-ci ilə olan ümidləri xəyal oldu. Bir neçə həftə əvvəl ƏƏSMN-nin rəhbəri Sahil Babayev pensiyaçılara müjdə verərək növbəti ildə pensiyaların təxminən 15% indeksləşdiriləcəyi xəbərini vermişdi ki, bu da insanların sevincinə səbəb olmuşdu. Yeni dəyişikliklə bu gözləntilər suya düşdü. Çünki 2019-cu ildə inflyasiya səviyyəsinin 3 faiz ətrafında dəyişəcəyi proqnozlaşdırılır. Başqa sözlə, pensiyalar ən yaxşı halda 3 faiz artacaq.

3. Qanunun icrası üçün ictimai hazırlıq müddəti təmin edilməyib və yeni qaydalarla indeksləşdirmə ilk indeksasiyaya aid edilir.

4. Bu kimi sosial əhəmiyyəti yüksək olan qanunlar heç bir ictimai müzakirə olmadan edilir ki, bu zaman steykholderlərin fikirləri nəzərə alınmır”.

Rəşad Həsənov bildirir ki, qanuna dəyişiklik orta və uzunmüddətli dövr üçün pozitiv təsirlər yaratsa da, qısamüddətli dövr üçün neqativ effekti olacaq: “4 ay sonra pensiyalar gözləntilərin xeyli aşağısında artacaq. Məsələn,300 manat pensiya alan 2020-ci ilin yanvarından etibarən 330-345 manat pensiya ala bilərdi ki, hazırkı dəyişikliklə müvafiq pensiya həddi ən yaxşı halda 309 manat olacaq”.

İqtisadçıya görə, qanuna dəyişiklər zamanı neqativ təsirlərin zəiflədilməsi üçün aşağıdakılar nəzərdə tutulmalı idi:

“1. Daha yaxşı olardı ki, qanunun müvafiq bəndi üzrə dəyişiklik 2021-ci ilin yanvarından tətbiq edilsin. Bu hal ən azından pensiyaçıların 2020-ci il üçün gözləntilərini puça çıxarmazdı.

2. 2018-2019-cu illər üçün yenidən indeksləşdirmə aparıla bilərdi ki, bu da xüsusilə 2017-ci ildə baş vermiş yüksək inflyasiyanın pensiyaçıların alıcılıq gücünə mənfi təsirini zəiflədə bilərdi. İndiki halda isə belə qənaətə gəlmək olar ki, hökumət fürsətçilik edir. Hansı indikator (inflyasiya yaxud əmək pensiyalarının artım faizi) sərf edirsə, tez qanunu dəyişib indeksləşdirməni o göstəriciyə uyğun aparır. Bu isə qəbuledilməzidir.

Maraqlısı odur ki, qeyd edilən istiqamətdə dövlət siyasətini həyata keçirən qurumun rəhbəri belə bir qanunun hazırlanmasından necə xəbərsiz olubə Əks halda məlum bəyanatı səsləndirməzdi”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1387