hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

“Qanuni oğru”lar ölkəni əlinə alıb: Dövlət qurumları, enerji şirkətləri, hüquq-mühafizə orqanları... - RƏSMİ BƏYANAT

“Qanuni oğru”lar ölkəni əlinə alıb: Dövlət qurumları, enerji şirkətləri, hüquq-mühafizə orqanları... - RƏSMİ BƏYANAT

““Qanuni oğru”ların bütün dövlət qurumlarında, enerji şirkətləri və hüquq-mühafizə orqanlarında öz təmsilçiləri var”.

Cebhe.info xəbər verir ki, bunu Ukrayna milli polisinin rəis müavini Vyaçeslav Abroskin deyib.

Onun sözlərinə görə, hazırda ölkə ərazisində 15 kriminal avtoritet var: “Onların bir çoxu dollar milyoneri olub, xaricdə əmlaka sahibdir, Ukraynada isə dövlət qurumlarında təmsilçilik saxlayırlar. Onlar 80-cı il "oğru"larından fərqlənir. Təkcə "oğru" hakimiyyəti ilə kifayətlənmir, buna görə də bütün seçki proseslərində iştirak edir, hər yerdə öz adamları var. Onlar yeni model "qanuni oğru"lardır".

Polisin təmsilçisi bildirib ki, “qanuni oğru”larla mübarizə üçün yeni qanuna ehtiyac var.

Məlumat üçün bildirək ki, 2018-ci ildə Ukraynanın Kiyev şəhərində "oğru" Otari Devnozaşvili saxlanılıb. O, kriminal aləmdə "Papuna" kimi tanınıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 6755