hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

“Rusiya Qarabağ məsələsində güzəştə hazır deyil” – ŞƏRH

“Rusiya Qarabağ məsələsində güzəştə hazır deyil” – ŞƏRH

“Azərbaycan Ordusunun Qazax istiqamətində taktiki irəliləməsi və strateji nöqtələri nəzarətə alması Ermənistana mesajdır. Bu o deməkdir ki, Qarabağda müharibə başlayarsa, Azərbaycan Ordusu bütün istiqamətlərdə işğalçıya zərbə vuracaq gücdədir”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi Naxçıvan və digər sərhəd istiqamətində təxribat reallaşdırsa da, artıq onların bu təxribatları döyüş postlarının itirilməsilə nəticələnir:

“Rəsmi Yerevan danışıqlarda maraqlı deyil. Çünki Ermənistanın siyasi sistemi və bu ölkəyə təsir edən Rusiya Qarabağ məsələsində güzəştə hazır deyil. Ona görə də Paşinyan iqtidarı ümumiyyətlə ərazi məsələsində Moskva ilə koordinasiyalı fəaliyyət göstərəcək. Məhz Rusiyanın Təhlükəsizlik katibi Patruşevin Yerevana səfərində bu kimi məsələlərin razılaşdırılmasını istisna etmirəm. Ermənistan nəinki ərazi güzəştinə hazır deyil, Paşinyan ölkə daxilində öz müsbət imicini qaldırmaq üçün yeni ərazilərin tutulmasında və ordumuza qarşı zərbə vurmaqda maraqlıdır.

Məhz ordumuzun hazırki aktivliyi Paşinyanın bu kimi təxribatlarının qarşısını almış olur. Ermənistanın Qazax istiqamətində strateji əraziləri ələ keçirməsi ilə bağlı dezinformasiyası da Paşinyanın daxili auditoriyaya hesablanmış gedişidir”.

Politoloq onu da əlavə edib ki, rəsmi Bakı cəbhə boyu təzyiqləri artırmaqla, diplomatik danışıqlarda da öz hücum taktikasını inkişaf etdirməlidir:

“Artıq Ermənistanla geosiyasi şərtlər daxilində danışıqların aparılması nəticəsizdi. Yalnız güc yolu ilə müəyyən irəliləyişə nail olmaq olacaq. Rusiyanın reaksiyasına gəldikdə isə Moskva ərazilərimizin güc yolu ilə azad edilməsinə və Ermənistana daha çox təzyiq etməyimizə çalışacaq ki, mane olsun. Avropa və ABŞ-la əlaqələri daha da inkişaf etdirmək və daxili islahatlara getməklə, Moskvanın təzyiqlərindən yayına bilərik”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1178