hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

“Rusiya Qarabağa gəlsə, buradan çıxmayacaq” - RƏY

“Rusiya Qarabağa gəlsə, buradan çıxmayacaq” - RƏY

“Rusiya-Gürcüstan müharibəsindən 11 il keçib. “İlk atəşi kim açdı?” sualı hələ də tərəflər arasında mübahisə predmetidir”. 

Cebhe.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq 2008-ci ildəki müharibədən nəticə çıxararaq Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinə icazə verməməli olduğunu diqqətə çatdırıb: 

“Rusiya Gürcüstanı, Gürcüstan Rusiyanı ittiham edir. Rusiyanın iddiası odur ki, Gürcüstan ordusu Rusiyanın Cənubi Osetiyadakı sülhməramlılarına hücum edib. Rusiya bu bəhanə ilə ordusunu hərəkətə gətirdi, tankları Tiflisə istiqamətləndi. Avropa ölkələri, o cümlədən Fransanın fəal vasitəçiliyi ilə müharibə dayandırıldı. Buna baxmayaraq, nəticə Gürcüstanın zərərinə oldu, Rusiya Abxaziya və Cənubi Osetiyanı rəsmən işğal etdi. 2008-ci il müharibəsinin başlanma səbəbi və inkişafı “Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşdirilə bilərmi?” sualına cavabı da tam çılpaqlığı ilə ortaya qoyur. Biz də Gürcüstan ordusu kimi Dağlıq Qarabağda hansısa hissəni azad etmək istəsəydik, Rusiya “sülhməramlılarımıza atəş açıldı” deyib Dağlıq Qarabağın işğalını rəsmiləşdirəcəkdi. Bir anlığa təsəvvür edin ki, Rusiya sülhməramlıları bölgədə yerləşsəydi, biz Lələtəpəni azad edə bilərdikmi? Ona görə də münaqişənin həllinin istənilən mərhələsində Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinə icazə vermək olmaz. Onlar buralar gəlsələr, bir daha çıxmayacaq və illər uzunu başımıza dərd olacaqlar”. 

Cebhe.info


Oxunma sayı: 2003