hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

“Türkiyə terrora qarşı 3 istiqamətdə mübarizə aparır” - ŞƏRH

“Türkiyə terrora qarşı 3 istiqamətdə mübarizə aparır” - ŞƏRH

Türkiyə terrorizlə genişmiqyaslı mübarizə aparır. Üçtərəfli terror təhdidi ilə sıxışdırılmağa çalışılan Türkiyə 3 istiqamətdə də fasiləsiz mübarizə aparır.

Cebhe.info xəbər verir ki, politoloq Elxan Şahinoğlu lazım gələrsə, Türkiyənin terrorla mübarizəyə 4-cü və 5-ci istiqamətləri də əlavə edə biləcəyini deyib:

“Türkiyə Cümhuriyyət tarixində terrora qarşı bəlkə də bu qədər hərtərəfli və genişhəcmli mübarizə tədbirləri həyata keçirməyib. Eyni zamanda Türkiyə 3 istiqamətdə terrorla mübarizə aparır. Birincisi, FETÖ üzvlərinin həbsləri davam edir, dövlət strukturları təmizlənir, Avropadakı uzantıları axtarışa verilib. İkincisi, Suriyada PKK-PYD qruplaşmasına qarşı aparılan əməliyyatlara biri də bugünlərdə əlavə olunacaq. Üçüncüsü, Türkiyə Ordusu ayrıca İraqda PKK mövqelərini də bombalamaqda davam edir.

Bundan başqa PKK-nın Türkiyə daxilindəki siyasi uzantıları da neytrallaşdırılır. Təsadüfi deyil ki, Diyarbəkir, Mardin və Van bələdiyyə başçıları vəzifələrindən uzaqlaşdırıldı. Çünki həmin bələdiyyələr bölgə insanının rifahına çalışmaq əvəzinə PKK-ya maliyyə və texnik dəstək saxlayırmış. Belə hallar keçmiş illərdə də olub.

Türkiyə böyük və güclü dövlətdir, gərəkən halda terrorla mübarizəyə 4-cü və 5-ci istiqamətləri də əlavə edə bilər. Şübhə etmirəm ki, Avropadan yenə həbslərlə bağlı “Türkiyədə insan haqları pozulur” səsləri eşidiləcək, ancaq Türkiyənin yolu bəllidir və bu səslər onu yolundan sapdırmayacaq”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1497