hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

“Zaxarova Bakının hansı bəhanəsini nəzərdə tutur?”- Rusiya XİN-nin bəyanatına SÖZARDI

“Zaxarova Bakının hansı bəhanəsini nəzərdə tutur?”- Rusiya XİN-nin bəyanatına SÖZARDI

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son açıqlamasında həm Azərbaycana, həm də Ermənistana Moskvanın mesajlarını göndərib. Birincisi, rusiyalı diplomat deyib ki, Azərbaycan və Ermənistan təmas xəttində müşahidə olunan nisbi sakitlikdən məmnunuq. Əslində, bir neçə günü çıxmaq şərtilə təmas xəttində elə bir sakitlik yoxdur, sadəcə Kreml boynumuza qoymaq istəyir ki, “atəşkəs var” və “onu pozmayın!” 

Cebhe.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq bildirib ki, Mariya Zaxarovanın sonrakı cümləsi maraqlıdır: “Tərəflərin fərqli bəhanələrlə qarşılıqlı ittihamlar irəli sürməyə davam etməsi narahatlıq doğurur”. Hansı “fərqli bəhanlərdən” söhbət gedir? Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndidə deyib ki, Qarabağ Ermənistandır”. Rəsmi Bakı buna qəti şəkildə etiraz edib. Mariya Zaxarova rəsmi Bakının Paşiyanın təxribatına cavabını “qarşılıqlı ittiham” sayır? Hər halda bugünlərdə rəsmi Bakının İrəvana əsas ittihamı “Qarabağ Ermənistandır” ifadəsiylə bağlı olub. Ancaq Paşinyanın konkret açıqlamasına Moskvadan münasibət yoxdur.

Üçüncüsü, Mariya Zaxarova yenə tərəflərə mesaj göndərərək, belə deyib: “... belə ritorika danışıqlar prosesi üçün münbit şəraitin yaradılmasına və münaqişənin həlli üçün kompromislərin axtarışına mane olur”. Yən rusiyalı diplomat demək istəyir ki, bir-birinizi ittiham etdiyiniz qədər münaqişənin həllindən uzaqlaşırsınız. Guya ki, qarşılılıq ittihamlar olmasa, münaqişənin həllinə yaxınlaşacağıq”.

Cebhe.info


Oxunma sayı: 2135