hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Lukaşenko bu dəfə sinoptikləri qovdurur: “Ya qovun, ya da özlərinə gətirin”

Lukaşenko bu dəfə sinoptikləri qovdurur: “Ya qovun, ya da özlərinə gətirin”

Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət qurumlarına qarşı "səlib yürüşünü" davam etdirir. 

Prezident bu dəfə sinoptiklərin işindən razı qalmayıb. 

Cebhe.info xəbər verir ki, Lukaşenko Hidrometeorologiya Mərkəzinin işindən narazılığını bildirib və administrasiyaya buna son qoymağı tapşırıb.

Prezidentin fikrincə, bu struktur öz vəzifəsinin öhdəsindən gələ bilmir.

"Onlarla bağlı tədbir görmək lazımdır, ya qovun, ya da özlərinə gətirin", - deyə Lukaşenko tapşırıq verib. Onun sözlərinə görə, proqnozları ən yaxşı halda 50-70 faiz doğrulan qurum ona lazım deyil.

Prezident qeyd edib ki, o, hərbçilərdən meteoroloji proqnoz almağa daha çox üstünlük verir: “Çünki bu proqnozlar 100 faiz düzdür". 

Xəzər
Cebhe.info


Oxunma sayı: 848