hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Müdafiə naziri şəkillərin yayılmasından narahatdır 

Müdafiə naziri şəkillərin yayılmasından narahatdır 

Erməni hərbçinin fərariliyi və könüllü sürətdə Azərbaycan ordusuna təslim olması Ermənistan hakimiyyətində ciddi narahatlıq yaradıb.

Dünən bu xəbər yayıldıqdan sonra erməni saytlarının əksəriyyəti Azərbaycandan yayılan xəbərlərə istinad edərək hərbçilərinin işgəncə görməsi səbəbi ilə fərarilik etdiyini bildirdilər. Yəni ilk başda həqiqəti gizlətmədilər.

Cebhe.info xəbər verir ki, politoloq Elxan Şahinoğlu deyib ki, bu cür xəbərlərin Ermənistanda ciddi narahatlıq yaratdığını görən İrəvan bir gün sonra senzuranı işə salaraq fərarilik xəbərini korrektə etməyə başladı.

O bildirib ki, erməni saytları “işgəncə” sözünü “azıb” ifadəsiylə dəyişməyə başlayıblar: “Yəni guya həbrçiləru qəsdən təslim olmayıb, “yolu azaraq o tərəfə keçib”. Bu versiyanı Ermənistanın müdafiə naziri David Tonoyan da səsləndirib. O məsələ ilə bağlı araşdırma aparıldığını desə də, qabaqdangəlmişlik edərək “hərbçimiz yolu azıb” ifadəsini təkrarlayıb. Yaxşı bəs onda işgəncə görüntüləri necə olsunə “Yolu azıbsa” bədənindəki izlər nədən xəbər verirə Bu suallara erməni müdafiə naziri cavab verməkdə çətinlik çəkib.

Çünki erməni həbçinin şəkillərində baş və əl nahiyəsində açıq-aşkar işgəncə əlamətləri var. David Tonoyan erməni cəmiyyətinə Azərbaycan tərəfinin dezinformasiya yaydığını inandırmağa çalışır. Guya erməni hərbçinin əlinə “ağ bayraq sonradan verilərək şəkli çəkilib”.

Bütün bu havadan götürülən versiyalar əlimizdəki işgəncə görüntüləri ilə alt-üst edilir. Ona görə biz həmin şəkilləri rusdilli saytlarımız vasitəsilə dönə-dönə erməni cəmiyyətinə ötürməli, eyni zamanda həmin hərbçinin səsli etirafları da internetdə yayınlanmalıdır.

Tonoyanın işgəncəni əsk etdirən şəkillərin yayınlanmasından narahatlığı onun bu sözləri də dəlalət edir: “Hərbçimizin şəkillərinin yayılmasının tərəfdarı deyiləm”. Deməli biz bunun əksini etməliyik”.

Yeganə Oqtayqızı

Cebhe.info


Oxunma sayı: 1640