hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

"Müsavat"ı kim maliyyələşdirib? - "Sirab"dan təkzib BƏYANATI

"Müsavat"ı kim maliyyələşdirib? - "Sirab"dan təkzib BƏYANATI

"Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Namiq Novruzov son zamanlar bəzi xəbər saytlarında Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılının bu şirkətin maliyyələşdirməsi haqqında məlumatlara aydınlıq gətirib.

Bəyanatda deyilir ki, bu səpgili xəbərlərin meydana çıxmasına səbəb Avropada yaşayan və özünü müsavatçı jurnalist kimi təqdim edən Laçın Məmişovun “YouTube” kanalında yayımladığı bir videodur. Həmçinin xəbərlər Babək “Sirab” ASC-yə məxsus “Sirab” mineral sularının foto şəkilləri də yerləşdirilərək yayımlanıb.

Bəyanatda daha sonra bildirilir:

"Babək “Sirab” ASC olaraq məsələ ilə bağlı araşdırmalarımızdan sonra bəlli olur ki, sözügedən jurnalistin açıqlamasında yuxarıda da qeyd etdiyimiz kimi, Babək “Sirab” ASC-dən yox, Avropada yaşayan hansısa Azərbaycan vətəndaşı tərəfindən elə Avropa ölkələrinin birində qeydiyyatdan keçirilən və orada da fəaliyyət göstərən “Sirab Europa Gmhb” adlı bir şirkətdən bəhs edilir.

Babək “Sirab” ASC olaraq qətiyyətlə bildiririk ki, Avropada qeydiyyatdan keçən həmin “Sirab Europa Gmhb” adlı şirkətin Naxçıvanda qeydiyyatdan keçən və ölkəmizdə fəaliyyət göstərən Babək “Sirab” ASC ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.

Lakin bir sıra yerli xəbər saytları bu informasiyanı “Babək Sirab” ASC rəhbərliyi ilə heç bir dəqiqləşdirmə aparmadan Babək “Sirab” ASC-yə məxsus “Sirab” mineral sularının foto şəkillərindən də istifadə etməklə öz xəbər saytlarında yayımlamışdırlar. Bu cür qeyri-dəqiq xəbəri yayan media quruluşlarının məsələyə qeyri – peşəkar yanaşaraq, KİV haqqında qanunun tələblərinə məhəl qoymayaraq qarşı tərəfin mövqeyini öyrənmədən birtərəfli qaydada xəbər yayımlamasından və nəticə etibarilə ictimaiyyətdə şirkətimizə və markamıza yönəlik əsassız çaşqınlıq yaratmasından dərin təəssüf hissi keçiririk. Babək “Sirab” ASC-yə və “Sirab” markasına yönəlik qeyri-dəqiq informasiyanı yayan xəbər saytlarından yanlışlarını düzəldərək təkzib vermələrini tələb edir, əks təqdirdə haqqımızı hüquqi müstəvidə qorumaq üçün bütün zəruri addımları atacağımızı bildirmək istəyirik.

Bir daha media və mətbuat sahəsində çalışan dəyərli qələm sahiblərini bu kimi məsələlərə diqqətli və həssas yanaşmağa, vəzifə borcunu peşəkarlıq və qanuna müvafiq olaraq yerinə yetirməyə dəvət edirik".

Cebhe.info


Oxunma sayı: 1013