hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Makron Putinlə nəyi müzakirə edəcək? – RƏY

Makron Putinlə nəyi müzakirə edəcək? – RƏY

“Azərbaycan və İran prezidentləri ilə görüşü “texniki” səbəbdən təxirə salan Rusiyanın dövlət başçısı Vladimir Putin bu gün Fransaya gedir. Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarını nədən Parisə dəvət edibə Məsələ burasındadır ki, Makron Putini yola salandan bir neçə gün sonra “böyük yeddilərin” zirvə toplantısına ev sahibliyi edəcək. Makron bu zirvə toplantısı öncəsində Putinin fikirini öyrənməklə əlini gücləndirmək istəyir”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Makronun Putinlə razılaşmayacağını diqqətə çatdırıb:

“Ukraynaya görə Qərb ölkələri 5 ildir Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər, ancaq Paris hesab edir ki, qarşı tərəfi də dinləmək lazımdır ki, ortaq yollar tapmaq mümkün olsun. Makron Putinlə görüşün hesabatını hazırlayaraq onu qərbli həmkarlarının diqqətinə çatdıracaq.

Ancaq çətin ki, Makron Putinlə hansısa konkret razılığa gəlsin. Sadəcə, Makron ümid edir ki, Putin Ukraynanın yeni Prezidenti Vladimir Zelenski ilə dialoqa başlayacaq. Təsadüfi deyil ki, Makron bir müddət əvvəl Zelenskini də Parisə dəvət etmiş və onu dinləmişdi. Başqa sözlə, Makron həm də bir növ Kiyevlə Moskva arasında vasitəçi rolunda çıxış etməyə çalışır.

Fransa Avropanın iki aparıcı dövlətindən biridir. Əslində, Donbass məsələsində Minsk Qrupunda Rusiya, Ukrayna və Fransadan başqa Almaniya da var. Ancaq Almaniyanın kansleri Angela Merkel hakimiyyətdən getməyə hazırlaşır və səhhətində müəyyən problemlər var. Bu durumdan Makron istifadə edərək Qərblə Rusiya arasında körpü rolunu oynamağa çalışır. Putinlə müzakirə ediləcək digər mövzular da var. Suriyada müharibənin sona çatdırılmasının tapılması mexanizmlər, İran və Yaxın Şərq. Makron Putinin bu mövzulara da baxışını öyrənmək istəyir”.

Cebhe.info


Oxunma sayı: 1013