hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Paşinyan 3 cəbhədən sıxılır - Şərh

Paşinyan 3 cəbhədən sıxılır - Şərh

“Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır. Nikol Paşinyan Qərbdən gözlədiyi tam dəstəyi ala bilmir və getdikcə proseslər onun əleyhinə işləyir”.

Cebhe.info xəbər verir ki, bu şərhlə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, deyib ki, özlərini demokrat adlandıran “inqilab lideri” ölkədə təkhakimiyyətlilik formalaşdırmağa çalışır:

“Nikol Paşinyan hazırda özünü qanunlardan da ali sayaraq yalnız, öz sisteminin möhkəmləndirməyə çalışır. Onun "Qarabağ klanı" ilə siyasi mübarizəsi yeni qarşıdurma müstəvisinə keçir. Qeyd edim ki, Nikol Paşinyan işğal olunmuş ərazilərdə qondarma rejimdə keçiriləcək "prezident seçkilərində" öz namizədinin qalib gəlməsinə çalışır. Çalışır ki, gələn ilə kimi Robert Koçaryanı həbsdə saxlamaqla Qarabağ klanının Xankəndindəki nüvəsini zərərləşdirsin. Bu istiqamətdə Sarkisyanın düşməni Samvel Babayanın əli ilə Xankəndində nümayişlərə start verməyə başlayıb. Bununla o, Bako Saakyan və Vitali Balansanyanın qarşısına S.Babayanı çıxarır. Əgər, gələn il Xankəndində qondarma qurumda öz adamını rəhbər gətirə bilsə, Koçaryanı həbsdən azad edəcək və demək olar ki, Qarabağ klanını tam zəiflədəcək. Rusiyanın proseslərə müdaxiləsinə gəldikdə isə, Kreml soyuqlar yaxınlaşdıqca Paşinyana qarşı enerji daşıyıcılarının qiymətlərini qaldıracaq. Məhz bu təzyiqi neytrallaşdırmaq üçün Paşinyan Tehrandan istehlak üçün qaz anlaşmasına gedir”.

Politoloq bildirib ki, Ermənistanda mövcud vəziyyət davam etdikcə Paşinyanın Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı bir müsbət təşəbbüsü olmayacaq:

“Əsas problem olaraq Qarabağda öz adamını rəhbərliyə gətirməyə çalışır. Bundan sonra danışıqlarda müəyyən proseslər canlana bilər. Qeyd edim ki, hazırda Paşinyan danışıqlarda maraqlı deyil və növbəti işğal olunmuş ərazilərdə seçki şousuna gedir. Burada Qarabağ klanı ilə ölum-dirim mübarizəsi başlayacaq. Cəbhədə Azərbaycanın təzyiqə getməməsi Qarabağ klanı ilə mübarizədə Paşinyana növbəti şans verib. Xarici işlər nazirlərinin Vaşinqton görüşündə gizli detallarda məhz atəşkəsə tam riayət olunması ilə bağlı razılığın arxasında yeni bir mərhələnin olduğu nəzərə çarpır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1926