hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Putinlə uzun-uzadı söhbət: Prezident anons etdi

Putinlə uzun-uzadı söhbət: Prezident anons etdi

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə danışıqları anons edib.

Cebhe.info xəbər verir ki, hələlik görüşlə bağlı Kremldən təsdiqedici cavab verilməyib. Ancaq Fransa Prezidentinin məsələyə yanaşması özü maraqlıdır.

İsveçrənin RTS kanalına müsahibəsində Makron "Avropa Rusiya ilə etimad və təhlükəsizliyə dair yeni qaydalar hazırlamalı, təkcə NATO ilə razılaşdırmamalıdır", - deyib.

Fransa lideri qeyd edib ki, Rusiya böyük ölkədir və onunla münasibətləri bərpa etmək lazımdır.

Makronun sözlərinə görə, yaxın həftələrdə Putinlə bununla bağlı uzun-uzadı söhbət olacaq. Ola bilsin ki, Makron iyunun sonunda Yaponiyada keçiriləcək G20 sammiti çərçivəsində görüşü nəzərdə tutur.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1255