hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Qırğızıstan bu gün qarışacaq: Atambayev hamını küçələrə çağırdı

Qırğızıstan bu gün qarışacaq: Atambayev hamını küçələrə çağırdı

Həbs olunması üçün xüsusi əməliyyat keçirilən Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin tərəfdarları bu gün kütləvi aksiyalara başlayır.

Cebhe.info xəbər verir ki, aksiya Bişkekdə parlamentin binası qarşısında keçiriləcək. Bu barədə Atambayev özü xəbər verib.

"Biz mitinqi Bişkekdə başlayacağıq. Daha sonra parlament binası və administrasiya qarşısına toplaşacağıq", - deyə Atambayev qeyd edib.

Yerli vaxtla saat 16:00-a təyin edilən aksiyada Atambayev özü də iştirak edəcək. O bildirib ki, öldürülən və yaralananlara görə məsuliyyət indiki Prezident Sooronbay Jeenbekovun üzərindədir.

Xatırladaq ki, Atambayevin evinə xüsusi təyinatlılar tərəfindən keçirilən əməliyyatda Atambayevin saxlandığı bildirilsə də, daha sonra xəbər təkzib olunub.

Xəzər

Cebhe.info


Oxunma sayı: 2729