hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Robert Köçəryan Nikol Paşinyana qarşı qaldırdığı iddianı geri götürüb

Robert Köçəryan Nikol Paşinyana qarşı qaldırdığı iddianı geri götürüb

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın vəkilləri Baş nazir Nikol Paşinyana qarşı qaldırdıqları şərəf və ləyaqətin alçaldıması ilə bağlı ittihamı geri götürüblər.

"Report" TASS-a istinadən xəbər verir ki, vəkillər qarşı tərəfin izahatı ilə razı olduqlarını və iddianın səbəb olduğu N.Paşinyanın sonuncu bəyanatının R.Köçəryana aid edilmədiyini bildiriblər.

Qeyd edək ki, çıxışlarından birində N.Paşinyan "sabiq prezidentlər cinayətləri təşkil etməkdə ittiham olunurlarsa, onların toxunulmazlığı barədə danışıla bilməz" demişdi. Bundan sonra, R.Köçəryan şərəf və ləyaqətinin alçaldılması ilə bağlı baş nazirə qarşı iddia qaldırmışdı.

Cebhe.info


Oxunma sayı: 738