hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Rusiya böyük dəyişikliyin astanasındadır – ŞƏRH

Rusiya böyük dəyişikliyin astanasındadır – ŞƏRH

“Rusiyada Moskva şəhər Dumasına keçiriləcək seçkilərlə bağlı müxalifət nümayəndələrinin namizədliyini qeydə alınmaması Putin hakimiyyətinin sistemdən kənar formalaşan müxalifətdən çəkinməsindən irəli gəlir”.

Cebhe.info-nun xəbərinə görə, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib:

“Əgər Putin müxalifəti seçkiyə buraxsa, öz namizədini qalib elan etdirsə, yeni nəslin geniş etiraz dalğaları ilə qarşılaşacaq. Bununla da müxalifəti rəsmən siyasi sistemlə mübarizə meydanına gətirmiş olacaq. Bundan əlavə, 2024-cü ilə kimi seçkili orqanlarda formalaşan müxalifət Putin sistemi üçün təhlükə vəd etməklə 24 illik sistemi dəyişə bilər.

Qeyd edim ki, 24 avqustdan başlayaraq müxalifət yenidən geniş etirazlara start verəcək. Əgər bütün ölkə boyu etirazlar davam etsə, Putin geri çəkiləcək. Düzdür, geri çəkilmək Putinin xarakterində yoxdur. Amma manipulyasiya edə bilər.

Rusiya müxalifətinin lideri Aleksey Navalnın rəhbərliyi ilə sentyabrdan Putinə qarşı ölkə boyu etirazlar daha kütləvi xarakter ala bilər. Bu da Kremldə ciddi siyasi böhrana gətirə bilər. Ümumiyyətlə, 2024-cü il Rusiya üçün önəmli bir il olacaq. Həmçinin bu MDB məkanı və Qərblə bağlı siyasətdə müəyyən dəyişikliklərə gətirə bilər.

Xüsusu ilə geniş xalq kütlələrinin etirazları inkişaf edərsə, hakimiyyət 2024-də dəyişməklə, proses digər qonşu ölkələrə ötürülə bilər. ABŞ və Qərb məhz Rusiyada bu etiraz aksiyaların inkişafında maraqlıdır. Çalışacaqlar ki, müxtəlif yollarla bu etirazların davamlılığına dəstək olsunlar.

Moskvada hakimiyyət dəyişikliyi 2024-də baş tutsa, post-Putin dövrü Cənubi Qafqaz dövlətlərində də yeni siyasi sistemlərin qurulmasına gətirəcək”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1596