hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Rusiya-Gürcüstan sərhədində ermənilər döyüldü: İşə səfirlik qarışdı

Rusiya-Gürcüstan sərhədində ermənilər döyüldü: İşə səfirlik qarışdı

Rusiya-Gürcüstan sərhədində erməni sürücülər döyülüb. 

Cebhe.info erməni mətbuatına istinadən bildirir ki, sərhəd kəndində baş verən insidentdə iki erməni sürücü xəsarət alıb. Ermənistanın Gürcüstandakı səfirliyinin məlumatına görə, dava məişət zəminində baş verib. Nəticədə buğda daşıyan sürücülərdən birinin qolu sınıb. Ona ilkin tibbi yardım göstərilib və o, Ermənistana qayıdıb. 

İkinci sürücü isə hadisədən sonra özü müstəqil şəkildə geri dönüb. 

Yük maşınlarına da ziyan dəyib.

Gürcüstandakı Ermənistan səfirliyi hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Hadisəyə hüquqi qiymət veriləcək. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 925