hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Rusiyaya məxsus sərnişin təyyarəsi Ermənistanda sərt eniş etdi

Rusiyaya məxsus sərnişin təyyarəsi Ermənistanda sərt eniş etdi

Rusiyanın "Pobeda" aviaşirkəti öz təyyarəsinin erməni şəhəri Gümrinin aeroportunda sərt eniş etməsi barədə xəbəri təkzib edir.

"İnterfaks" xəbər verir ki, bunu şirkətin nümayəndəsi Yelena Selivanova deyib.

"Gümridə uçuşdan sonraki müayinədə füzelyajın müdafiəsi üçün nəzərdə tutulmuş quyruq dabanının zədələndiyi aşkar edilib. Dabanın toxunması ikinci dairəyə gediş vaxtı olub",-deyə Y.Selivanova bildirib və əlavə edib ki, sərt enmə haqda KİV-də yayılan xəbərlər həqiqətə uyğun deyil.

Aviaşirkətdən onu da bildiriblər ki, geriyə reysin müştəriləri üçün artıq ehtiyat bort uçub.

Cebhe.info


Oxunma sayı: 694