hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Sabiq prezidentin kürəkəni inqilabdan danışdı: İLK DƏFƏ

Sabiq prezidentin kürəkəni inqilabdan danışdı: İLK DƏFƏ

Sabiq prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikan və Portuqaliyadakı sabiq səfiri Mikayıl Minasyan ilk dəfə 2018-ci il hadisələri ilə bağlı fikirlərini bildirib.

Cebhe.info xəbər verir ki, o, 2018-ci ilin mart-aprel hadisələrini inqilab kimi dəyərləndirməyib: "Bu, sadəcə hakimiyyət dəyişikliyi idi, “məxməri inqilab” deyildi".

"Facebook" səhifəsində fikirlərini ilk dəfə açıqlayan sabiq səfir bildirib ki, o, məsələyə məhz dostlarının inadlı təkidlərindən sonra fikir bildirməyi münasib hesab edib: "Doslarım məni tez-tez susmaqda ittiham edirdilər. Mənim qısa cavabım belədir ki, o zaman inqilab hazırlığı vardı, ancaq onun yerinə hakimiyyət dəyişikliyi baş verdi. İndi isə ən qorxulusu baş verə bilər- böyük xəyal qırıqlığı. Bu isə olduqca pis nəticələrə gətirib çıxara bilər".

Xəzər
Cebhe.info


Oxunma sayı: 5853