hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Sığorta bazarında monopoliya: Xarici şirkətlər niyə bazara buraxılmır?

Sığorta bazarında monopoliya: Xarici şirkətlər niyə bazara buraxılmır?

“Ağ çiçəyim” gül mağzasının yanması ölkəmizdə sığorta məsələsinə olan münasibəti bir daha ortaya qoydu. Xüsusilə “Diqlas” Ticarət Mərkəzində baş verən və 400-dən artıq sahibkara milyonlarla zərərin dəyməsindən sonra ”Ağ çiçəyim” kimi məşhur və şəbəkə sistemi ilə işləyən mağazanın sığortasının olmaması həm də təəccüb doğurdu.

Qeyd edək ki, Nizami rayonunda yerləşən mağazada yanğının dam örtüyündə elektrik xəttindən başladığı məlum olub. Nəticədə örtüyün 70 kvadrat metr ərazisi yanıb. Aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, 50-60 min manatlıq gül və toxumlar, kimyəvi maddələr məhv olub. Daşınmaz əmlaka dəyən ziyanla birlikdə ümumi zərər, təxminən 80 min manatdır. Xatırladaq ki, bir qədər əvvəl Nazirlər Kabinetinin sərəncamı ilə “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı” ilə təsdiqlənib. Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-2020-ci illərdə sığortaçının bazar davranışı, potensialı və sığorta bazarında həcmi nəzərə alınmaqla, sistem əhəmiyyətli sığortaçının müəyyən edilməsi və onun fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə yeni mexanizmin tətbiq olunmasını təmin etməlidir. Yeni qaydaların tətbiqinin sığorta bazarının nüfuzuna necə təsir edəcəyi hələ ki, məlum deyil. Məlum olan yeganə fakt ticarət mərkəzlərinin və şəbəkələrinin yanğınları və bunların vurduğu külli miqdarda zərərlərdir.

Sığorta məsələri üzrə ekspert Xəyal Məmmədxanlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ölkəmizdə sığortadan yayınma hallarının kökündə dayanan əsas məsələ laqeydlikdir:

“İnsanlarımızın əksəriyyətində belə bir düşüncə var ki, “mənə heç nə olmaz”. Qapıdan üzərlik və ya at nalı asır, həftədə bir dəfə gedib “cadu-piti” yazdırırlar. Hesab edirəm ki, xüsusilə sahibkarlıq subyektlərinin sığortalanmamasında saibkar qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) də günahı var. Çünki sahibkarlıq subyektlərində sığortanın olub-olmamasına məhz bu qurum nəzarət edir. Sığortası olmadığına görə obyektlərə cərimə tətbiq olunmalı və onlar sığortalanmağa məcbur edilməlidirlər. Müxtəlif ölkələrdə insanları buna məcbur etmək üçün müxtəlif mexanizmlərdən istifadə olunur”.

Ekspertin fikrincə, Azərbaycanda, ümumiyyətlə qanunlara etimadsız münasibət mövcuddur:

“Biz bəzən gözləyirik ki, kimsə məcbur eləsin ki, qanunlara əməl edək. Bu çox ciddi bir problemdir. Hətta bir maraqlı məqamı da deyim. İlin əvvəlində “Diqlas” Ticarət Mərkəzinin yanğınından sonra bütün ölkədə müşavirələr keçirildi, tapşırıqlar verildi. Amma bütün bunlara baxmayaraq, bu ilin 6 ayı ilə ötən ilin 6 ayı ərzində olan göstəriciləri müqayisə etdikdə “şok” oluruq - Əmlak sığortası bazarı 30 faizə yaxın azalıb. Prezidentin sözlərindən, mətbuatın dəfələrlə yazdıqlarından, həftələrlə müzakirələrdən sonra gözlənilirdi ki, hamı sığortaya maraq göstərəcək ki, “Diqlas”ın başına gələnlər onun başına gəlməsin. Görünən odur ki, heç kim olanlardan dərs götürmür”. Xəyal Məmmədxanlı deyir ki, Bakı və ölkənin digər ərazilərindən fərqli olaraq Naxçıvan Muxtar Respublikasında sığorta məsələsində nəzarət sistemi mövcuddur: “Naxçıvanda nə sığortasız ev qalıb, nə də sığortasız əmlak. Ən ucqar kənddəki uçuq-sökük daxmada belə, daşınmaz əmlakın icbari sığortası var. Bakıda niyə bunu etmək mümkün deyilə On metrliyində “Diqlas”, “X Ledi” yanır, “Ağ çiçəyim” isə bundan nəticə çıxarmır.

Fövqəladə Hallar Nazirliyi isə necə ki, “Diqlas”-sın sığortasının olmamasına göz yummuşdu, “Ağ çiçəyim” də eyni şeyi edib. Görünür, FHN-ni həmin küçəyə buraxmırlar. “İcbari sığortalar” haqqında Qanunun tətbiqi ilə bağlı Prezidentin sərəncamında hüquqi şəxslərin əmlakının sığortasına nəzarət FHN-nə tapşırılıb. Nazirlik onsuz da gəlib oranın yanğın təhlükəsizliyini, təxliyyə planını və digər məsələləri, o cümlədən də sığortasının olub-olmaması yoxlayır. Sığorta olmadıqda onlara cərimə yazılır. Bəziləri heç olmasa cəriməyə görə bunu edir. Deyək ki, gül mağazası balacadır, “Diqlas” -da insan 15 milyon manatlıq Ticarət Mərkəzinin sığortasından necə yayınmaq olarə Ticarət Mərkəzində divarlarda FHN-nin bütün sənədləri var idi. Bəs, necə olur ki, yanğın təhlükəsizliyinə əməl olunur, sığortaya yoxə”.

Bəs, sığortaya bu cür münasibətin formalaşmasında sığorta şirkətlərinə inamsızlığın rolu varmıə Ekspert fərqli düşünür:

“İnamsızlıq burada qətiyyən rol oynamır. Yəni şirkətlərin statistikası onu göstərir ki, onlar yığılan 650-700 milyon manat pulun yarısını insanlara geri ödəyiblər. Yəni insanlara 300 milyon pul veriblər. Bəs, bu 300 milyonu kim alıb. Təbii ki, 4-5 il əvvəl Azərbaycanda insanları aldadan, əziyyət verən şirkətlər olub və bu gün də azsayda belələri var. Amma bunu bütün sığorta bazarı haqqında demək olmaz. Hazırda şirkətlərimizin əksəriyyəti ödənişi vaxtında ödəyir. Bunu etməmək də mümkün deyil. Çünki Palata nəzarət edir, məhkəmə sistemi, ən azı facebook kimi sosial şəbəkə var. İnsanlar burada yaza bilər ki, hansısa şirkətdə əmlakımı sığortaladım, onlar isə pulumu vermədilər. Mənzil sığortası üçün cəmi 50 manat pul lazımdır. İnsanlar məgər bir ildə həmin 50 manatı ayıra bilmirlər. Təbii ki, məlumatsızlıq da burada rol oynayır. Amma qanunları bilənlər də bundan yan keçməyə çalışırlar. Hüquqi şəxslərin sığortadan yayınması isə qətiyyən başadüşülən deyil”.

“Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nın təsdiqlənməsi, yeni qaydaların tətbiq olunması vəziyyəti dəyişə bilərmiə Xəyal Məmmədxanlı deyir ki, yeni qaydalar hazırlamaqdansa işləməyən mövcud qaydaları işlək hala gətirmək lazımdır:

“O cümlədən də “İcbari sığortalar haqqında” Qanunun işləməyən bölmələrini işlək hala gətirmək lazımdır. Mənzillərin sığortası icra hakimiyyətlərinə tapşırılıb. İcra hakimiyyətləri isə bu məsələdə, ümumiyyətlə maraqlı deyil. Qaydalar, planlar, yol xəritələri hazırlamağa qoçağıq. Amma bunun icrasına heç kim nəzarət etmir”.

Ölkənin sığorta bazarında xarici şirkətlərin təmsil olunmamasının səbəblərinə gəlincə, ekspert deyir ki, bunun real səbəblərini müvafiq qurumlar yaxşı bilir:

“Maliyyə Bazarlarına Nəzarət Palatası hər zaman ölkədə möhtəşəm investitsiya mühitinin olduğunu bildirir. Amma bu “möhtəşəm” mühitdə son xarici şirkət olan “AKSA” da bazarı tərk edib getdi. Belə çıxır ki, bazar onların düşüncəsinə, strategiyasına, fəlsəfəsinə hazır deyil”. Bəs, “süni əngəllərin” yaradılmasının necəə Onların ölkənin sığorta bazarına maraqlarının azalmasında rolu varmıə Xəyal Məmmədxanlı:

“Mütləq var. Onlar tamamilə başqa standartlarla, “beyin”lə işləyirlər. Faktlar göstərir ki, onların “beyni” bizim ölkədə işləmir”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 980