hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Ərəb koalisiyası husilərə zərbələr endirib

Ərəb koalisiyası husilərə zərbələr endirib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya təyyarələri Yəmənin şimalında husilərin mövqelərinə 5 hava zərbəsi endirib.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir.

Məlumata görə, hava zərbələri husilər tərəfindən Səudiyyə Ərəbistanının şərqində neft yatağına və neft emalı zavoduna etdikləri hücuma cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, 2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri və qiyamçı husilər arasında toqquşmalar davam edir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın 2015-ci ilin martında müdaxiləsi ilə qarşıdurma daha aktiv mərhələyə keçib. Paytaxt Səna husilərin nəzarətində olduğu üçün hazırda hökumət strukturları müvəqqəti Ədən şəhərində yerləşir.

Əhməd
Cebhe.info


Oxunma sayı: 628