hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Hökumətdə böhran: Deputatlar istirahəti yarımçıq qoyub paytaxta qayıdır

Hökumətdə böhran: Deputatlar istirahəti yarımçıq qoyub paytaxta qayıdır

İtaliyada ciddi hökumət böhranı başlayıb.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, baş nazirin müavini Matteo Salvini bəzi hökumət üzvlərinin istefasını və erkən seçki tələb edib. Ultrasağ qüvvələrin lideri dəstək üçün sabiq baş nazir Silvio Berluskoniyə müraciət edib. Senatorlar məzuniyyəti yarımçıq kəsərək paytaxta qayıdıb. Məqsəd növbədənkənar parlament seçkisini müzakirə etməkdir. Ultrasağ qüvvələr baş nazir Cüzeppe Konteni də istefaya çağırıb.

Təklifi səsləndirən Salvini özü isə parlamentin iclasında iştirakdan imtina edib və bunun əvəzində dincəlməyə gedib. Deputatlar onu parlamentdən kənarda böhran yaratmaqda ittiham ediblər.  "Qanuna əsasən, xalq hökumətdə baş verənlərlə bağlı məlumatlandırılmalıdır, ancaq bunu çimərlikdə yox, parlamentdə etmək lazımdır",- deyə senator Nikolas Murra bildirib. Deputatlar baş nazirin müavininin iclasa qatılmasını tələb edib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1035