hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

"Qarış-qarış da olsa öz ərazilərimizi DÜŞMƏNDƏN TƏMİZLƏYİRİK" - Hərbi ekspert şad xəbərin ANONSunu verdi

"Qarış-qarış da olsa öz ərazilərimizi DÜŞMƏNDƏN TƏMİZLƏYİRİK" - Hərbi ekspert şad xəbərin ANONSunu verdi

“Bir azdan erməniləri sözün həqiqi mənasında şoka salacaq bir məlumat gözlənilir”.

Cebhe.info xəbər verir ki, bunu özünün "Facebook" səhifəsində hərbi ekspert Üzeyir Cəfərov yazıb.

Onun sözlərinə görə, yaxın vaxtlarda cəbhə xəttində ordumuzun uğuru ilə bağlı məlumat veriləcək: “Mən sadəcə o şad xəbərin qısa anonsunu buradan ona görə verirəm ki, dəyərli dostumuz hal-hazırda ön xəttdən vertolyotla Bakıya qayıdır və inşallah detallarını özü sizlərə çatdıracaq. Qısaca onu deyim ki, bu tip işləri çoxdan həyata keçirmək lazım idi. Addım-addım, qarış-qarış da olsa öz ərazilərimizi düşməndən təmizləyirik. Özü də erməni küçükləri qarşısında qətiyyətli əsgər və zabitlərimizi, məsuliyyəti öz üzərinə çəkinmədən götürən həqiqi generalı və generalları görəndə, canlarını qurtarmaq üçün siçan deşiyi axtarırlar. İnşallah, detalları yaxın saatlarda həm dəyərli dostumuz, həm də rəsmi orqanlar yəqin ki açıqlayacaqlar. 

Tanrı Sizləri qorusun, əziz əsgər və zabitlərimiz!”

Üzeyir Cəfərov hesab edir ki, Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu bu xəbərə münasibəti birmənalı olmayacaq: “Onlar  Paşinyanın  hərəkətlərinə susmuşdular, amma yaxın saatlarda yəqin ki, tüstü bir yerlərindən çıxacaq. Onların nəfəsini kəsəcək Azərbaycan oğullarına Tanrı özü kömək olsun!”

Cebhe.info


Oxunma sayı: 1937