hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Seçkidən sonra TUTHATUT: DİN sərt tədbirlər vəd etdi

Seçkidən sonra TUTHATUT: DİN sərt tədbirlər vəd etdi

Qazaxıstanda 9 iyunda keçirilən prezident seçkisindən sonra etiraz aksiyaları başlayıb.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, DİN aksiyalarda 3 polis əməkdaşının xəsarət aldığına dair açıqlama yayıb.

Məlumata görə, polis əməkdaşları Nur-Sultandakı aksiyada yaralanıb. DİN aksiyaçılara qarşı sərt tədbirlər görüləcəyini də vəd edib.

Nazirin birinci müavini Marat Qocayev Mərkəzi Seçki Komissiyasında keçirilən brifinqdə çıxış edərək bildirib ki, aksiyaçılar polis əməkdaşlarına daş və digər bərk cisimlər atıblar. Həmçinin polislərə qarşı bibər balonlarından istifadə olunub. 2 polis onlara atılan daşdan xəsarət alıb. Bir nəfər isə bibər qazından istifadə nəticəsində xəstəxanaya yerləşdirilib.

Paytaxtdakı aksiyalarda saxlanılan 500 nəfər polis bölmələrinə aparılıb. "Boykot" deyə qışqıran bir qrup şəxs də saxlanılıb. Onlar ölkədə fəaliyyəti qadağan edilən “Qazaxıstanda Demokratik Seçki Təşkilatı”na bağlılıqda ittiham olunurlar.

Xatırladaq ki, 9 iyunda keçirilən seçkidə 7 namizəd mübarizə aparıb. Onlardan hazırda prezident səlahiyyətlərini icra edən Qasım- Comərd Tokayev seçkinin favoriti hesab edilir. Exit-polun nəticəsinə görə, Tokayev 70 faiz səs alıb.

Xəzər

Cebhe.info


Oxunma sayı: 2476