hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Pakistanda daha bir faciəvi qəza: 18 ölü, 30 yaralı

Pakistanda daha bir faciəvi qəza: 18 ölü, 30 yaralı

Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində 18 nəfər həlak olub, 30 nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ary news” yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat verib.

Hadisə Bəlucistan vilayətinin şərq hissəsindəki Balok qəsəbəsi ərazisində baş verib. Xuzdar-Larkan marşrutu ilə hərəkət edən sərnişin avtobusunun həddindən artıq sürət yığması nəqliyyat vasitəsinin idarəetməni itirərək aşmasına səbəb olub.

Yaralılar xəstəxanaya aparılıb. Hadisə yerində xilasedicilər işləyir.

Xatırladaq ki, mayın 7-si Pakistanın Sind əyalətinin Qotka şəhəri yaxınlığında iki qatarın toqquşması nəticəsində 62 nəfər həlak olmuş, 100-dən çox sərnişin yaralanmışdı.

Cebhe.info


Oxunma sayı: 452