hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

Pandemiya dövründə nə qədər adam iş yerini itirib? – AÇIQLAMA

Pandemiya dövründə nə qədər adam iş yerini itirib? – AÇIQLAMA

Mərkəzi Bankın statistikasına əsasən 2020-ci ilin yanvar ayından etibarən əməkhaqqı kartlarının sayı azalmaqdadır.

2020-ci ilin yanvar ayının sonunda 2 milyon 355 min ədəd olan əməkhaqqı kartları beş ay ərzində 29 min ədəd azalaraq mayın sonunda 2 milyon 326 min ədədə düşüb.

Bu azalma aprel ayında min ədəd, may ayında isə 7 min ədəd olub.

Əməkhaqları kartlarının azalması həm də ölkədə iş yerlərinin azalmasıdır. Əgər aprel ayın bu azalma 1 000, may ayında isə 7 000 ədəd olubsa, mövcud pandemiyanın davam etdiyi şəraitdə qarşıdakı aylarda ölkəmizi hansı durum gözləyə bilər?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, əməkhaqqı kartlarının sayı ilə yanaşı “elektron informasiya sistemi” vasitəsilə işçi sayının nə qədər azalmasını müəyyən etmək mümkündür:

“Bundan daha yaxşı üsul isə Vergilər Nazirliyinin saytı vasitəsilə müəyyən etmədir. “Elektron informasiya sistemində” sadəcə əmək müqavilələrinin sayı ilə müəyyənləşdirmək mümkündür, amma Nazirlikdə sosial ödəməsi olan şəxslərin sayı ilə müəyyənləşdirilir. Əgər bir şəxsin həm öz maaşından, həm də işəgötürən tərəfindən ödəməsi yoxdursa, deməli o, əmək müqaviləsi olsa belə, işləmir”.

Bank kartlarının azalmasının da bir göstərici olduğunu deyən Sahib Məmmədovun sözlərinə görə, bunun başqa səbəbləri də olur:

“Məsələn, bank kartlarının müddəti bitir. Banklar vəd versələr də onları uzatmadılar. Bu faktor da ola bilər”.

Bununla belə, iş yerlərinin azaldığının şübhə doğurmadığını deyən ekspert bu prosesin davam edəcəyini deyir:

“Bu, Azərbaycanda ona görə çox görünmür ki, bizdə onsuz da işləyənlərin yalnız üçdə biri müqavilə əsasında işləyirdi. Yerdə qalanlar isə işləyib-işləməməsindən asılı olmayaraq qeyri-formal əmək bazarında sayılırdı. Ona görə göstərilən rəqəm azdır. Hazırda əmək bazarını tərk edənlərin sayı kifayyət qədər çoxdur və çoxalmaqda davam edir”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 5292