hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Pandemiya dövründə uşaqların peyvəndi necə aparılmalıdır?-HƏKİM RƏYİ

Pandemiya dövründə uşaqların peyvəndi necə aparılmalıdır?-HƏKİM RƏYİ

“Bu günkü pandemiya şəraitində planlı peyvəndləri aparılması mütləqdir. Çünki Covid 19 la mübarizə apardığımız bir vaxtda digər ağır xəstəliklərin yayılması yolverilməzdir”.

Bunu Cebhe.info-ya açıqlamasında həkim-pediatr Gülşən Əliyeva deyib.

Onun sözlərinə görə, milli peyvənd təqviminə əsasən uşaqlar həyatın ilk günü, 4 - 7ci günü, 2,3,4, 6,12, 18ci aylarında və 6 yaşda peyvəndlər alır: “Bu peyvəndlər polimielit, hepatit, difteriya, tetanus, göyöskürək, parotit və s kimi ağır xəstəliklə qarşı orqanizmdə immun cavab yaradır və xəstəliyə yoluxma və yayılmasının qarşısın alır.

Uşaqları tibb müəssəsinə pandemiya qaydalarına uyğun gətirmək lazımdır. Sıxlıq yaratmamaq üçün əvvəlcədən həkim və ya digər tibbi personala əlaqə saxlamaq, təyin olunmuş vaxtda uşağı peyvəndə gətirmək məsləhətdir.

Bəzi valideynlər uşağa peyvənd vurulmasından imtina edirlər. Bildirmək istəyirəm ki, peyvənd almış uşaqlar sayəsində digər peyvənd olunmayan uşaqlar da bu xəstəliklərdən qoruna bilir. Əgər peyvənd almayan uşaqların sayı getdikcə artsa bu xəstəliklərin yenidən yayılmasına səbəb olar və ciddi problemlərə gətirib çıxarar. Hamımız müşahidə edirik bu gün dünyada yayılan COVİD-19 infeksiyasının qarşısının alınması üçün də peyvəndə ehtiyac var. Ona görə bir daha vurğulayıram, peyvəndləri olunması mütləqdir”.

Aydın Turan
Cebhe.info


Oxunma sayı: 2619