hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Pandemiya nağdsız ödənişləri artırdı – Vergi yığımını necə? – AÇIQLAMA

Pandemiya nağdsız ödənişləri artırdı – Vergi yığımını necə? – AÇIQLAMA

Nağdız ödənişlərə keçid “kölgə iqtisadiyyatı”-nın qarşısının alınması vasitələrindən biri hesab olunur.

Bu vasitə ilə dövlətin sahibkarlıq obyektlərinə nəzarəti artmış olur ki, bu da öz növbəsində vergi yığımına təsirini göstərir.

Pandemiyanın özü ilə gətirdiyi məqamlardan biri də ölkəmizdə nağdsız ödənişlərin artması oldu.

2020-ci il ərzində ticarət, ictimai-iaşə obyektlərində daha çox kart vasitəsi ilə ödəniş edənlərə rast gəldik. Bəs, bu vergi yığımına necə təsir etdi?

İqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasasında bildirib ki, pandemiya dövründə bütün dünyada nağdsız ödənişlərin artması, elektron ticarət iştirakçılarının dövriyyələrinin yüksəlməsi şəffaf vergi sisteminin daha da təkmilləşdirilməsi üçün töhfələr verir.

Azərbaycanda pandemiya vergi yığımına müxtəlif təsirlər göstərib – dövlətin nəzərdə tutduğu sosial yardım paketlərindən yararlanmaq üçün daha çox rəsmi vergi ödəyicisi kimi qeydiyyata düşənlərin şahidi olduq. Dövlət pandemiyadan zərər çəkən vətəndaşlara 2020-ci ildə 2 milyard manata yaxın dəstək göstərib.

Bu dəstək paketlərdən yararlanmaq üçün sahibkarlar qarşısında vergi ödəyicisi kimi fəaliyyət göstərmək, işçilərlə əmək müqaviləsi bağlanılması kimi şərtlər qoyulmuşdu. Bu şərtlərə əməl etməyənlər yardım paketindən yararlana bilməyəcəklərini anlayaraq rəsmi vergi ödəyicisi olmaq kimi məcburiyyət qarşısında qaldılar. Rəsmi olmayaraq taksi fəaliyyəti ilə məşğul olanlar da vergi ödəyicisi oldular. Pandemiyanın yaratdığı qaydalar dövlətin xeyrinə işlədi”.

Bununla belə iqtisadçı deyir ki, 2020-ci ilin yekunlarına dair hesabatlarda – gəlir vergiləri ilə bağlı ilin sonunda artım müşahidə edilməyib: “Əslində müəyyən sahələr üzrə olsa da, artımların olacağı gözlənilirdi. Elektron ticarətin, nağdsız ödənişlərin stimullaşdırılması məsələsindən də yetərincə faydalana bilmədik. İri ticarət obyektləri istisna olunmaqla ticarət obyektlərində terminallar yoxdur. Yanacaqdoldurma məntəqələri də nağdsız əməliyyatlar üçün terminallar quraşdırmaqda maraqlı deyillər və bunun üçün hər hansı cəza tədbiri nəzərdə tutulmayıb”.

Razi Abbasbəyli bir məqamı da vurğulayaraq bildirdi ki, banklar terminalları quraşdırmaq üçün ticarət və iaşə obyektlərindən yüksək rüsumlar tələb edirlər: “Buna görə də adətən kiçik sahibkarlar bunda maraqlı olmurlar.

Dünya təcrübəsində olduğu kimi, bu məsələ komplleks həyata keçirilməli idi. Terminalların verilməsi ilə bağlı güzəştlər olmalı idi, nağdsız əməliyyatlara keçilməsi üçün kiçik sahibkarlarla bağlı həvəsləndirici tədbirlər görülməli idi. Bunlar olmadığına görə daha çox iri ticarət obyektləri nağdsız ödənişləri tətbiq edildi.

Bu baxımdan da hesab edirəm ki, əlimizdə olan şanslar konteksindən yanaşsaq -2020-ci ili bu məsələdə itirilmiş il hesab etmək olar”.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 1211

Bizim Telegram səhifəmizi izləyin