hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Pandemiyada kasıblar da varlı oldu: Bəs Azərbaycanda?

Pandemiyada kasıblar da varlı oldu: Bəs Azərbaycanda?

Pandemiyaya və 1946-cı ildən bəri 20 milyon insanın işsiz qalmasına səbəb olan ən pis iqtisadi tənəzzülə baxmayaraq, ABŞ vətəndaşlarının rifahı sürətlə artıb.

ABŞ Mərkəzi Bankının məlumatına görə, 2021-ci ilin birinci rübünün sonunda amerikalıların ümumi sərvəti 154,2 trilyon dollara çatıb. 2020-ci ilin 1-ci rübünün sonu ilə müqayisədə Amerika ev təsərrüfatlarının aktivləri 26 trilyon dollar, 2019-cu ilin dördüncü rübü ilə müqayisədə isə 20 trilyon dollar artıb. 17.2 trilyon dollarlıq şəxsi borc nəzərə alındıqda, ABŞ əhalisinin xalis sərvəti 136.9 trilyon dollara və ya ÜDM-in 620% -inə çatıb.

İqtisadçılar bildirirlər ki, sərvətin artmasına əsasən yüksələn səhmlər və fondlardakı investisiyalar səbəb olub. Nəticə etibarilə "varlılar daha çox varlı olublar". Həmçinin insanlar pandemiya ilə əlaqədar olaraq "qadağan olunmuş" əyləncələrə pul xərcləmədiklərindən qənaət etməyi bacarıblar.

Eyni zamanda yoxsul təbəqə hökumətdən yardım alıb. İşsizlik müavinətlərinin artması səbəbindən ölkədə işləməməyin daha sərfəli olduğu ortaya çıxıb, çünki sosial yardım maaşlardan daha yüksəkdir.

Bəs Azərbaycanda əhali pandemiya ilə bağlı yardımlardan nə dərəcədə yararlanıb?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, pandemiya dövründə Amerikada 18 yaşdan yuxarı əhali 3 minə yaxın, həmin yaşdan aşağı əhali isə 1500- dollara yaxın iki dəfə yardım alıb:

“Bu, gəlirlilik səviyyəsindən asılı olmayaraq bütün əhaliyə şamil edildi və kifayət qədər böyük məbləğdir. Varlıların daha da varlanmasına gəldikdə isə Amerika səhm bazarında səhmlərin çox kəskin şəkildə artımının şahidi olduq. İndiyə qədər səhm bazarı tarixi maksimumlarını yaşayır. Amerika əhalisinin 45 faizi səmdardır. Onlar öz işlərindən, maaşlarından əlavə səhm sahibidirlər və səhmlərə görə əlavə dividentlər qazanırlar. Səhm sahibləri də bazarda baş verən səhm qiymət artımına görə daha çox varlandılar. Bu nöqteyi-nəzərdən, pandemiya ili və istisadi çətinliklərin olmasına baxmayaraq, Amerikada əhalisinin gəlirlilik səviyyəsinin maksimum həddinə çatdığının şahidi olduruq”.

Ekspert onu da qeyd etdi ki, Azərbaycanda pandemiya dövründə əhaliyə və bizneslə məşğul olanlara yönəldilən yardımın həcmi kiçik oldu:

“Ötən ilin mart ayında 600 min nəfərə 190 manat ödənilməsinə qərar verildi. Bu da müəyyən fasilələrlə 4 ay davam etdi. Biznes üçün isə ayrılan vəsaitin həcmi çox kiçik oldu, 300 milyondan bir az çox vəsait idi. Bu da pandemiyadan zərər çəkmiş biznes sahələrinə kifayət etmədi. Nə kredit, nə də icarə haqları ilə bağlı əlavə hansısa ödənişlər oldu. Əhaliyə də 190 manatdan başqa dəstək olmadı. Yeganə olaraq mart-aprel aylarında özəl sektorda çalışan və işsiz olan 308 min işçiyə maaşlarının 50 faizi ilə 80 faizi arasında birdəfəlik yardım olundu ki, bu da kiçik rəqəm idi. Bu anlamda Azərbaycanı nə Amerika, nə də Avropa ilə müqayisə etmək olar”.

Nigar
Cebhe.info


Oxunma sayı: 3257