hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Pandemiyadan sonra təhsili yenidən formalaşdırmasının 3 yolu

Pandemiyadan sonra təhsili yenidən formalaşdırmasının 3 yolu

"Bildiyimiz kimi, koronavirus pandemiyası dünyada milyonlarla insanın təhsil alma formasını dəyişdirdi. Bundan sonra təhsil üçün yeni alətlər çox ehtiyac duyulan yenilikləri gətirə bilər".

Cebhe.info xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, rəqəmsal uçurumu nəzərə alsaq, təhsil yanaşmalarındakı yeni dəyişikliklər bərabərlik boşluqlarını genişləndirə bilər:

"COVID-19-un təhsildə yaratdığı dəyişikliklər elə indidən bizə təhsilin uzunmüddətli perspektivdə daha yaxşıya və pisə doğru necə dəyişə biləcəyinə dair bir işıq ucu verir.

Yəni prosesin arxasınca gedənlər boşluqlarını 10 illərlə doldura bilməyəcək. Amma prosesə yön verənlər, daha böyük uğurlar qazanacaq. Biz hələ ki, birincilərdənik, yəni prosesin arxasınca gedirik.

Gələcək dəyişikliklərə təsir edə biləcək üç istiqamət:

1. Təhsil dəyişməyə məcbur edilib. Ona görə də dövlət bütün resurslarını səfərbər edərək hamını alətlərlə təmin etməlidir.

Müəllimlərin vaksinasiya prosesini başa çatdırıb əlavə müəllim və əlavə əməkhaqqı ilə keçirilməyən və zəif keçirilən dərsləri təkrar keçmək.

2. Dövlət və özəl təhsilin tərəfdaşlığı vəziyyətdən çıxış üçün vacibdir.

Yəni repetitorlar, hazırlıq kursları, özəl liseyləri prosesə cəlb etməklə onların resursları, çevikliyi ilə tədrisdə yaranmış çatışmazlığı aradan qaldırmaq mümkündür.

3. Rəqəmsal boşluqlar şagirdlər arasında fərqi genişlənə bilər. Bunun aradan qaldırılması üçün alternativ dərsliklər yaradılmalıdır.

Hazırkı dərsliklərlə yola çıxmaq yolda qalacağımızı qaçılmaz edir.

Daha sadə və yalnız vacib mövzuların olduğu dərslər hazırlanmalıdır.

İbtidai sinif şagirdləri üçün səsli vəsaitlər hesabına oxuma, anlama vərdişlərini təkmilləşdirmək olar".

Cebhe.info


Oxunma sayı: 485