hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Pandemiyanı necə dayandırmaq olar? - “Məhəmməd peyğəmbər belə edərdi”

Pandemiyanı necə dayandırmaq olar? - “Məhəmməd peyğəmbər belə edərdi”

Amerikada nəşr olunan “Newsweek” həftəlik jurnalda koronavirusla mübarizədə islam peyğəmbəri Həzrəti Məhəmməd əleyhissəlamın hədislərindən bəhs olunub.

Cebhe.info xəbər verir ki, Kreyq Consid imzası ilə "Yalnız dua gücü koronavirus kimi pandemiyanı dayandıra bilərmi?

Məhəmməd Peyğəmbər başqa cür düşünürdü" başlıqlı məqalədə Covid-19-dan qorunmaq üçün gigiyenanın əhəmiyyəti qeyd edilib. Yazıda Hz. Məhəmmədin təmizlik haqqında tövsiyələrinə diqqət çəkilir. Peyğəmbərin tövsiyələri aşağıdakı sətirlərlə ifadə edilib:

"Bilirsinizmi, epidemiya zamanı gigiyena və karantini başqa kimlər təklif edib? 1300 il əvvəl İslam Peyğəmbəri Məhəmməd belə ölümcül xəstəliklərin mütəxəssisi olmasa da, Covid-19 kimi bir epidemiyanın qarşısını almaq və mübarizəsi üçün sağlam məsləhətlər verib. Vəbanın olduğu yerə girməyin.

Həzrəti Məhəmməd deyib: "Bir ölkədə vəba epidemiyası eşitsəniz, ora girməyin, vəba sizin olduğunuz yerdə baş qaldırsa, oranı tərk etməyin. Yoluxucu xəstəlikləri olanlar sağlam olanlardan uzaq olmalıdır".

Hz. Məhəmməd eyni zamanda insanları infeksiyadan qoruyacaq gigiyena qaydalarına riayət etməyə təşviq edib. Aşağıdakı hədislərə nəzər salın: "Təmizlik imanın bir hissəsidir. Oyanandan sonra əllərinizi yuyun. Yatarkən əllərinizin harada hərəkət etdiyini bilmirsiniz. Yeməkdən əvvəl və sonra əllərinizi yuyun". Kimsə xəstələnərsə, Hz. Məhəmməd əziyyət çəkən insanlara nə məsləhət verərdi? Həmişə insanları dərman axtarmağa təşviq edirdi. Tibbi müalicədən faydalanın" deyərdi.

Hz. Məhəmməd belə buyururdu: “Allah bütün xəstəliklərin drmanını göndərib. Birinin dərmanı yoxdur, o da yaşlılıq və ölüm...

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 30075