hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Pandemiyanın Türkiyə iqtisadiyyatına təsiri: Lirə ucuzlaşıb, inflyasiya artıb

Pandemiyanın Türkiyə iqtisadiyyatına təsiri: Lirə ucuzlaşıb, inflyasiya artıb

2020-ci il üzrə Türkiyədə 5 faiz səviyyəsində iqtisadi daralma (resessiya) gözlənilir.

Cebhe.info xəbər verir ki, bu haqda Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesabında qeyd olunub.

Bildirilib ki, Türkiyədə II rübdə 9.9 faizlik iqtisadi daralma qeydə alınıb.

İşsizliyin artması, sənaye məhsulu indeksinin azalmasına paralel şəkildə sentyabrda ölkədə inflyasiya 11.75 faiz səviyyəsində qərarlaşıb. Pandemiya nəticəsində yaranan qeyri-müəyyənlik və geosiyasi gərginliklər türk lirəsinin ABŞ dollarına qarşı 9 ayda 31.3 faiz ucuzlaşmasına səbəb olub.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 804

Bizim Telegram səhifəmizi izləyin