hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Parisdə “Sarı jiletlilər” yenidən küçələrə çıxdılar

Parisdə “Sarı jiletlilər” yenidən küçələrə çıxdılar

Bu gün Fransanın paytaxtı Parisdə “Sarı jiletlilər”in sayca 45-ci mitinqi və iqlimin müdafiəsi ilə bağlı yürüş keçirilir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, aksiyalara ümumilikdə minlərlə insan çıxıb.

Nümayişçilər qruplarla yürüş edir, şüarlar səsləndirir, ölkə hakimiyyətinin sosial siyasətindən narazılıqlarını bildirirlər. Bayraqlar və plakatlar arasında Rusiya bayrağı və üstündə oraq və çəkic əksi olan qırmızı parça da var - onları aksiyaya Fransada yaşayan ruslar gətiriblər.

Etirazşılar arada küçələrdəki zibil qutularını və digər əşyaları sındırıblar.

Bu səbəbdən nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Polis bir neçə dəfə gözyaşardıcı qazdan istifadə edib.

Aksiyanın gedişində 150 nəfərdən çox adam saxlanılıb, təxminən bir o qədər də nümayişçi cərimələnib.

Cebhe.info


Oxunma sayı: 4962