hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Parlament aparatının keçmiş rəhbəri də saxlanıldı: Paşinyanı istefaya səsləyib

Parlament aparatının keçmiş rəhbəri də saxlanıldı: Paşinyanı istefaya səsləyib

İrəvan polisi Ermənistan parlament aparatının keçmiş rəhbəri Ara Saqhatelyanı saxlayıb.

Cebhe.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Buna səbəb onun Baş nazir Nikol Paşinyanın istefası ilə bağlı keçirilən mitinqlərdə iştirak etməsidir:

"Aksiyada iştirak etdim. İndi bütün vicdanlı vətəndaşlar küçələrə çıxmalı və bu xəyanətin qarşısını almalıdır. Hər kəs bu gün çıxıb öz vətəndaş mövqeyini bildirməlidir",-deyə o bildirib.

Saqhatelyan əlavə edib ki, Qarabağla bağlı imzalanan sazişin Ermənistan üçün ağır nəticələri olacaq. Ölkəni yeni sınaqlar gözləyir:

"Odur ki, indi hamı etiraz səsini ucaltmalıdır".

Saghatelyan vəziyyətdən çıxış yolunu hökumətin istefasında, ən azı Qarabağ ətrafında vəziyyəti dəyişə biləcək mütəxəssislərin iştirakı ilə yeni hökumətin qurulmasında görür.

Naibə
Cebhe.info


Oxunma sayı: 672

Bizim Telegram səhifəmizi izləyin