hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Parlament binasında TƏHLÜKƏ: Deputatlar hər an zirzəmiyə düşə bilər

Parlament binasında TƏHLÜKƏ: Deputatlar hər an zirzəmiyə düşə bilər

Ukrayna Ali Radasının binası təhlükəli elan edilə bilər.

Cebhe.info xəbər verir ki, binanın qəzalı olduğu deyilir. Bu barədə məlumatı Aşağı Palatanın vitse-prezidenti İqor Lebedev verib.

Onun sözlərinə görə, inşaatçılar binada əsaslı təmirdən əvvəl qiymətləndirmə aparıb və fundamentdə boşluq aşkarlayıb.

Boşluq iki yerdə aşkarlanıb. Lebedev bildirib ki, belə vəziyyətlərdə boşluq betonla doldurulur. Yaxud da bina qəzalı elan edilərək sökülür.

"Əgər daha bir boşluq tapılsa, bina qəzalı elan ediləcək. Çünki istənilən an plenar iclaslarda deputatlarla bərabər zirzəmiyə düşə bilərik", - deyə Lebedev vurğulayıb.

Xəzər

Cebhe.info


Oxunma sayı: 760