hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Parlament komitəsi hesabat verdi

Parlament komitəsi hesabat verdi

Sentyabrın 16-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Cebhe.info-ya bu haqda Milli Məclisdən məlumat verilib.

Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli öncə VI çağırış dövründə parlamentdə görülən işlərdən söz açıb. Bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar bütün dünyada yaranmış ağır şəraitə baxmayaraq, Milli Məclis öz işini ən yüksək səviyyədə davam etdirib və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib.

Həm ölkə daxilində, həm beynəlxalq miqyasda deputatlarımız Azərbaycanın milli maraqları istiqamətində geniş fəaliyyət göstəriblər. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə ciddi islahatlar həyata keçirilib, beynəlxalq əlaqələr genişləndirilib və hər bir deputat öz fəaliyyətini günün, bugünkü dünyanın tələbləri səviyyəsində qurub. Komitə sədri Fəzail İbrahimli məlumat verdi ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.

Sonra o, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabatı təqdim etdi. Bildirdi ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 15 məsələyə baxılıb. Ötən sessiyalar dövründə komitədə 5 qanun layihəsi müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib.

Nəzərə çatdırdı ki, həmin qanun layihələrindən 4-ü üç oxunuşda (birinci, ikinci və üçüncü oxunuşlarda), 1-i isə bir oxunuşda müzakirədən keçib. Baxılan qanun layihələri Milli Məclisin iclaslarında qəbul edilib. 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan 90 ərizə və məktuba, müxtəlif xarakterli digər sənədlərə, elektron poçt vasitəsilə gələn müraciətlərə komitədə baxılıb. 38 ərizə, müraciət və sənəd tədbir görülmək üçün aidiyyəti təşkilatlara göndərilib.

Ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılıb və qanun çərçivəsində məsələnin həllinə nail olunub. Vətəndaşların fərdi qəbuluna da komitədə xüsusi diqqət ayrılıb. Hesabat dövründə koronavirus pandemiyası ilə əlaqədar, həmçinin iyul ayında Tovuz rayonu ilə sərhəddə Ermənistanın növbəti hərbi təxribatı ilə əlaqədar yaranmış vəziyyətlə bağlı seçicilərlə sıx əlaqə saxlanılıb, yerlərdə çoxsaylı görüşlər keçirilib. Sessiyalar ərzində komitə sədri və üzvləri parlamentlərarası əlaqələr üzrə işçi qruplarla da onlayn qaydada müxtəlif görüşlər keçiriblər. Məlumat dinlənildikdən sonra komitədə fikir mübadiləsi aparıldı.

Müzakirələrdə komitə sədrinin müavini Sahib Alıyev, deputatlar Cavanşir Paşazadə, Azər Badamov, Ceyhun Məmmədov, Anar İsgəndərov rəy və təkliflərini bildirdilər. Yaz və növbədənkənar sessiyalar dövründə görülmüş işlər yüksək dəyərləndirildi. Hesabat məqbul sayılıb. İclasda komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı təsdiqləndikdən sonra cari məsələlərə baxıldı, deputatların təklifləri dinlənilib. Yekunda gündəlikdəki məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 980