hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Parlament yeni cərimələri təsdiqlədi - MƏBLƏĞLƏR

Parlament yeni cərimələri təsdiqlədi - MƏBLƏĞLƏR

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Cebhe.info xəbər verir ki, Məcəllənin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) yeni redaksiyada verilir. Yeni redaksiyaya görə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.

Xatırladaq ki, karantin rejimi 1 avqusta qədər uzadılıb. Buna qədər isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilirdi. Qanun layihəsini şərh edən spiker Sahibə Qafarova bildirib ki, son vaxtlar koronavirusa yoluxanların sayı artıb:

“Bunun səbəbi karantin rejiminin qaydalarına əməl etməməkdir. Ona görə də bu qanunda cərimə sanksiyalarının artırılması nəzərdə tutulub”.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3367