hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Parlamentdə bir sıra qanun layihələri birinci oxunuşda qəbul edilib

Parlamentdə bir sıra qanun layihələri birinci oxunuşda qəbul edilib

Bu gün parlamentin plenar iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Qanun layihələri müzakirəyə çıxarılıb.

Cebhe.info xəbər verir ki, qanun layihələri Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Qeyd edək ki, qanun layihələri gecikdirilmiş kreditlər zamanı əmlakın banklara keçməsi ilə bağlı mövcud qanunun dəyişdirilməsini nəzərdə tutur. Qanun layihələri Ali Məhkəmənin təşəbbüsü ilə müzakirəyə çıxarılıb.

Qanun layihələri birinci oxunuşda qəbul olunub.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 551