hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Parlamentdə daha bir "Brexit" fiaskosu: Gözlər bu günə dikilib

Parlamentdə daha bir "Brexit" fiaskosu: Gözlər bu günə dikilib

Böyük Britaniya baş naziri Treza Mey parlamentdə növbəti dəfə uğursuzluqla qarşılaşıb. Belə ki, “Brexit” müqaviləsi deputatlar tərəfindən rədd edilib. Sənədin əleyhinə 391, lehinə 242 deputat səs verib.

Cebhe.info xəbər verir ki, Baş nazir Tereza Mey səsvermədən dərhal sonra mətbuat açıqlaması ilə çıxış edib. Bildirib ki, parlament bu dəfə müqaviləsiz “Brexit”i səsverməyə çıxaracaq: “Ancaq bu sənəd Avropa Birliynə ziyan verəcək”.

“Brexit”i təxirə salmaq üçün səsvermə 15 marta təyin edilib. Bu ilin yanvarından artıq ikinci dəfə rədd edilən müqavilə parlamentariləri razı salmır. Əsas problem Şimali İrlandiya sərhədi ilə bağlı yaranır.

Avropa Birliyi ölkələrinin rəsmiləri Britaniyanın qurumdan müqaviləsiz çıxması mümkünlüyünə işarə vurur. Fransa və Almaniyadan dünənki səsvermə ilə bağlı verilən ilk açıqlamalarda bunun mümkünlüyü vurğulanır.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1605