hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Parlamentdə şənlik: Piyada andiçməyə gedən prezident, yolda öpüşən kişilər, alınmadan itən vəsiqə... 

Parlamentdə şənlik: Piyada andiçməyə gedən prezident, yolda öpüşən kişilər, alınmadan itən vəsiqə... 

“20 may səhəri Ukrayna Ali Radasında olduqca şən keçib”.

Cebhe.info xəbər verir ki, bu sözləri iclası başa vuran spiker Andrey Parubıy deyib. Çünki məhz bu gün yeni seçilən prezident Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib. Ali Radanı buraxan Zelenski nazirlərə, komitə sədrlərinə istefa yolunu açıb.

Dərhal sonra da müdafiə naziri Poltak istefasını elan edib. 

Hadisələrin məhz bu cür cərəyan edəcəyini təxmin edənlər də olub. İclas başlamazdan əvvəl deputat Sergey Larin pianoda vida mahnısı ifa edərək sosial şəbəkə hesabında yerləşdirib. O, "Unudulmuş fleyta üçün melodiya" filmindən musiqi parçasını ifa edərək  yazıb ki, bu gün məhz bu musiqini xatırlayıb.

Zelenski parlamentə yollandığı zaman Kiyevin meri Vitali Kliçko da boş durmayıb. O, sosial şəbəkə hesabında Kiyevi dövrə vurub. Merin velosiped turu ya da Zelenskinin "Xalqın xidmətçisi" serialında ifa etdiyi prezident Qoloborodko obrazını salıb. O da işə məhz velosipedlə gedirdi.

Zelenski özü isə Ali Radaya piyada gedib. O, küçəyə çıxan ukraynalılarla görüşüb, öpüşüb, onlara xoş salamlarını çatdırıb.

Hətta bir kişini öpmək üçün Zelenski təhlükəsizlik səddinin üzərindən tullanmalı olub.

Mərasim insidentsiz də ötüşməyib. Zelenski Donbas barədə danışarkən rus dilinə keçib, bu isə deputatlardan birinin etirazı ilə qarşılanıb. Deputat Lyaşko Zelenskinin sözünü kəsərək rus dilində danışmağı irad tutub.

Amma bu da son olmayıb. Fəxri qarovullardan birinin əlindən prezidentlik vəsiqəsi gözlənilmədən yerə düşüb. Mərasimi izləyənlər bunu Zelenski üçün yaxşı əlamət hesab etməyiblər. 

Xəzər

Cebhe.info


Oxunma sayı: 7206