hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Parlamentin növbədənkənar iclasını kimlər və necə çağıra bilər? - QANUN NƏ DEYİR?

Parlamentin növbədənkənar iclasını kimlər və necə çağıra bilər? - QANUN NƏ DEYİR?

Bu gündən Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başlayıb.

Belə ki, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib. İclasda 2020-ci ilin dövlət büdcəsinin zərfinə daxil olan məsələlər müzakirə edilir.

Müzakirələrdən sonra dəyişiklik layihəsi plenar iclasa tövsiyə olunacaq.

Qeyd edək ki, parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək tətilə buraxılıb. Tətil günlərində deputatların iclas çağırması ciddi müzakirələr yaradıb. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, deputatlar seçiciyə soruşmadan fövqəladə iclas çağıra bilməz.

Maraqlıdır, bu məsələdə prosedur qaydası necədir?

Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, Milli Məclisdə təmsil olunan deputatların üçdə biri qədər səs çoxluğu ilə növbədənkənar iclas çağırıla bilər:

“Digər deputatlar isə xəbərdar olunur ki, növbədənkənar iclasdır. İclasın çağırılması ilə bağlı təşəbbüsü ən azı 53 deputat imzalamalıdır. Ona görə də keçirilən bugünkü növbədənkənar iclas qanunidir”.

Qeyd edək ki, avqustun 5-i, 6-ı və 7-də Milli Məclisin növbədənkənar plenar iclasları keçiriləcək.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3785