hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Parlaq ağ işıq ürəyi müalicə edir - İnfarkta qarşı işıqterapiya

Parlaq ağ işıq ürəyi müalicə edir - İnfarkta qarşı işıqterapiya

İşıqla müalicə ürək xəstəlikləri və infakrtın qarşısını ala bilər. Bunu Kolorado Universitetinin alimləri sübut edib.

Milli.Az bildirir ki, onlar siçanlar üzərində aparılan təcrübə zamanı aşkar ediblər ki, gur, parlaq ağ işıq PER 2 zülal genini aktivləşdirir. Eləcə də işığın təsirindən ürəkdə adenozin hasili çoxalır. Nəticədə siçanlar kəskin oksigen çatışmazlığı zamanı əlavə müdafiə qzanaraq, ürək tutmasından tez çıxıblar.

Növbəti mərhələdə tədqiqat sağlam könüllü insanlar üzərində aparılıb. Onlar 10 min lyumen intensivlikdə işığa 30 dəqiqə 5 gün ardıcıl baxıblar. Bu insanlardan müntəzəm olaraq qan analizi götürülüb. Məlum olub ki, siçanlarda olduğu kimi insanda da PER 2 zülalı yüksəlib, triqliseridlər azalır, metobolizm yaxşılaşıb.

Alimlər hesab edir ki, işıqla müalicə infarct və ürək tutması keçirmiş xəstələr üzərində aparıla bilər, eləcə də sağlam insanlar profilaktika məqsədilə ala bilər.

Cebhe.info


Oxunma sayı: 496